Röya: "Hazır olun, 15 il əvvəl tualetdə çəkdirdiyim şəkillər yayılacaq"

Röya: "Hazır olun, 15 il əvvəl tualetdə çəkdirdiyim şəkillər yayılacaq"
18:17 28 Noyabr 2016
6462 Ölkə
Ölkə mətbuatı
A- A+

"Konsertə yalnız informasiya portallarının fotoqrafları buraxılmayıblar".

Milli.Az xəbər verir ki, bunu aznews.az-a müsahibəsində əməkdar artist Röya Ayxan konsertdən sonra mətbuatla arasında yaşanan qalmaqala aydınlıq gətirib:

"Mən konsertdən əvvəl özəl kanalların biri ilə müqavilə imzalamışam. Danışıq belə oldu ki, mən onları, onlar da məni reklam edəcəklər. İndi bunu niyə normal qəbul etmirlər? Bunu niyə çirkinləşdirirlər?"

Əməkdar artistin sözlərinə görə, bu qayda qanunla tənzimlənir: 

"Mən istəmirəmsə, sən məni kənardan çəkə bilməzsən. Hamıya bilet ayırdım, hamı qonaq qismində oturdu, dedim ki, hamıya şəkillər, video verilsin. Bunu da istəmirlər. Çünki kimlərsə çirkin şey axtarmaq üçün gəlirlər".

Röyanın sözlərinə görə, bu hal hər konsertdən öncə yaşanır. Müğənni bunu həmin saytların özünə maraq artırmaq istəməsi ilə əlaqələndirir:

"Mən konsertə hazırlaşanda bütün işçilərimi toplayıb iclas edirəm. Deyirəm ki, hazır olun, konsertdən sonra mənim 15 il öncə hamamda, tualetdə çəkdirdiyim şəkillər yenə yayılacaq. Hər şey konsertdən sonra üzə çıxıb, gündəmə qayıdacaq. Konsert bitəndən sonra mənə qarşı olan təzyiqlər 3-4 gün davam edib və sonra unudulacaq. Bu piarın bir növüdür, normaldır, əslində mən belə şeylərə pis baxmıram".

Röya konsertdən sonra ona qarşı yazı yazan jurnalistlərə qarşı "barışıq addım"ı atmayacağını bəyan edib: 

"Onların 100 nəfər izləyicisi var, mənim isə bir milyon. Onu yazmaqla nəyi sübut edəcəklər? Belə şeylərlə insanları məndən iyrəndirə bilməyəcəklər. Mən bu konsertin adını "Hesabat" qoymuşdum. Onlar elə bir oyun açdılar ki, onların heç biri ilə üzbəüz gəlmək istəmirəm. Mən onlardan hansına hesabat verim? Elə həmişə konsertdən sonra mən vuruluram. Mən artıq buna öyrəşmişəm. Eybi yox, 3 gündən sonra unudulacaq. Mən onların, onlar da mənim özümünküdür. Çox məyus oldum".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR