Dini ədəbiyyatın satışı və ixracı ilə bağlı YENİ QƏRAR

Dini ədəbiyyatın satışı və ixracı ilə bağlı YENİ QƏRAR
18:22 28 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi barədə məlumatlar vergi orqanlarına da göndəriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı"na "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq" və "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq" da daxil edilib.

Siyahıya əsasən, tikintiyə icazə, tikinti obyektinin istismarına icazə, səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qazın nəqli üçün icazə, qazın paylanmasına icazə, dərman vasitələrinin Azərbaycana idxalına icazə, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası və s. (ümumilikdə 47 icazə barədə məlumatlar) barədə məlumatlar vergi orqanlarına təqdim edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR