"Neftçi" bəyanat yaydı: "Tələb edirik"

"Neftçi" bəyanat yaydı: "Tələb edirik"
18:27 28 Noyabr 2016
100 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" PFK bəyanat yayıb. Milli.Az goal.az-a istinadən həmin bəyanatla tanış edir.

"Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində 27.11.2016-cı il tarixində Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - "Neftçi" matçında xoşagəlməz hal baş vermişdir. Oyunun ilk hissəsinin əvvəlində "Neftçi" PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılmışlar.

Bildiririk ki, "Kəpəz" PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulmuşdur.

2016/17-ci il futbol mövsümündə Azərbaycan Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini ("Yarışların yeri" bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:

Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;

Komandaların rəhbərləri və oyunçular üçün yerlər;

Bununla yanaşı, "Neftçi" PFK 24.11.2016-cı il tarixdə "Kəpəz" PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. "Kəpəz" PFK tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və "Neftçi" PFK üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).

"Neftçi" PFK olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR