AFFA rəhbərliyinin qərarına əsasən, Azərbaycanın yığmalarının baş məşqçiləri müəyyənləşib.
Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova həvalə olunub.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə tapşırılıb. 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına isə baş məşqçisi kimi Vüqar Məmməd rəhbərlik edəcək.