Binaların zirzəmiləri sudan təmizlənir - FOTO

Binaların zirzəmiləri sudan təmizlənir - FOTO
18:37 28 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ilin ötən dövrü ərzində Sumqayıt şəhərində 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Milli.Az xəbər verir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə zirzəmilərdən keçən 1100 metr su xətti, 4811 metr isə kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınmış, su itkiləri minimuma enib. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Hazırda 16 binanın zirzəmilərində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər davam etdirilir. Digər 15 binanın zirzəmisində toplanmış sular qrunt mənşəlidir, binanın su və kanalizasiya sistemlərinin vəziyyəti heç bir bağlılığı yoxdur.

Ümumilikdə 2015-ci ilin sentyabr ayından indiyədək 350 binanın zirzəmisindəki sistemlər təmir olunub və qurutma işləri aparılıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR