İqtisad Universitetinin yeni filialı açılıb - FOTO

İqtisad Universitetinin yeni filialı açılıb - FOTO
18:52 28 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd şəhərindəki filialının rəsmi açılışı münasibətilə videokonfrans keçirilib.

Milli.Az bildirir ki, universitetin marketinq və kommunikasiya departamentindən Trend-ə verilən məlumata görə, əvvəlcə filialın yeni kompleksi əks olunan videoçarx nümayiş etdirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan - Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib.

Rektor İqtisadi Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubi Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.

Ə.Muradov UNEC-in Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət əsasən Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyurlar. Ümumilikdə, filialın pedaqoji heyətinin əmək haqqı Dağıstanın uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır, deyən rektor vurğulayıb ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.

Ə.Muradov xüsusi vurğulayıb ki, Dərbənd filialının tələbələri UNEC-in təqdim etdiyi bütün üstünlüklərə malikdirlər. Onlar UNEC-in dünyanın nüfuzlu universitetləri ilə bərabər həyata keçirdiyi ikili diplom proqramlarından yaralana bilərlər. Eyni zamanda, UNEC-in müvafiq mübadilə proqramları ilə Almaniyanın Ziqen, ABŞ-ın Kolumbiya, Litvanın Mikolas Romeris universitlərində, o cümlədən, Türkiyə və Cənubi Koreyanın aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə edirlər: "Dərbənd filialının təkcə Rusiyada deyil, bütün regionda yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən biri olması üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik".

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd fialialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib: "Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubu Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Sevindirici haldır ki, UNEC-də həm də Rus İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək. Bildirmək istəyirəm ki, Dərbənd filialında həqiqətən bacarıqlı və yüksək peşəkarlığa malik pedoqoji heyət fəaliyyət göstərir". Rusiyalı nazir UNEC-in Dərbənd filialının açılışını vaxtında atılmış addım kimi qiymətləndirib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov UNEC-in Dərbənd filialının açılışı münasibəti ilə öz təbriklərini çatdırıb. Filialın fəaliyyətə başlamasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin, o cümlədən hər iki ölkə səfirliyinin xüsusi dəstəyini vurğulayıb. Nazir Azərbaycan və Rusiya arasında təhsil sahəsində münasibətlərin dinamik inkişaf etdiyini bildirib: "Bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir".

UNEC-in Dərbənd filialının ümumi sahəsi 11 min kvadratmetrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Bütün zəruri infrastruktura malik filialın mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Filialın akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə sistemi quraşdırılıb.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sumqayıtda azot, Lənkəran çayında codluq normadan çoxdur

27 İyul 2017 04:43

Cici yeni reklamda - FOTO

27 İyul 2017 04:32

Rusiyada 4 işçi kanalizasiyada qazdan boğularaq öldü

27 İyul 2017 04:14

Lənkəran toyunda dava düşdü

27 İyul 2017 03:48

Onun əlləri nə edir? - FOTO

27 İyul 2017 03:32

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib

27 İyul 2017 03:22

Merkel Ərdoğan və Trampı təqlid etdi

27 İyul 2017 02:48

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb

27 İyul 2017 02:37

Lənkəranda toyda dava düşdü - yaralananlar var

27 İyul 2017 02:34

Züheyr Muraddan yeni kolleksiya - FOTO

27 İyul 2017 02:32

“Stress çarxı”nın rəqibi peyda oldu

27 İyul 2017 02:20

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

27 İyul 2017 02:03

Tablolardan paltarlar - FOTO

27 İyul 2017 01:32

Barmağı telefona çevirən “ağıllı” üzük

27 İyul 2017 01:30

Gürcüstan telekanalında yanğın oldu

27 İyul 2017 01:29

"Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub

27 İyul 2017 01:22

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 İyul 2017 01:14

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib

27 İyul 2017 01:02

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57