Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Pərviz Müşərrəfin həbsinə order verilib

Pərviz Müşərrəfin həbsinə order verilib

Date: 28 November 2016 19:12

Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, keçmiş prezident əyalətin siyasi liderlərindən biri Əkbər Buqtinin qətlinin təşkilində ittiham olunur.

Bu ilin yanvarında birinci instansiya məhkəməsi P.Müşərrəfi bu ittihamdan azad etmişdi. Lakin Buqtinin oğlu onun həbsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdi.

P.Müşərrəfin həbs olunub-olunmayacağı məlum deyil. Onun hazırda Dubayda olduğu bildirilir.

Milli.Az


Tags:  Pərviz Müşərrəfin həbsinə order verilib


RƏYLƏR


Top news