"Bir səhv buraxdılar ki..." - Zaur Svanadze

"Bir səhv buraxdılar ki..." -   Zaur Svanadze
19:27 28 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 13-cü turunda səfərdə “Zirə”ylə heç-heçə edən (1:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

 

- Qələbəyə çox yaxın idik. Ancaq oyunun sonlarını azlıqda keçirdik. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə komandada aqressiya yarandı. Skarlatakenin qırmızı vərəqə almasından sonra bu, bir qədər də artdı. Adi ötürmələrdə səhvlərə yol verirdik. Uşaqlar sonadək mübarizə apardılar. Bir səhv buraxdılar ki, bu da, qapımıza qol vurulmasıyla nəticələndi. Ancaq bu, futboldu. Bu oyunu unudub, gələn oyunlara hazırlaşacağıq.

 

- Komanda “Zirə”yə qarşı bu mövsümdə ikinci oyunda da son dəqiqədə buraxılan qolla qələbəni əldən verdi. Bunu nə ilə əlaqələndirərdiz?

- Bunu yalnız diqqətsizliklə əlaqələndirərdim. Başqa heç nə.

 

- Qarşıda “Qarabağ”la oyun var. Bu oyundakı xal itkisi bu komandaya qarşı köklənmədə problem yarada bilər?

- İnanmıram ki, bu oyundakı xal itkisi “Qarabağ”la oyuna köklənməyimizə təsir etsin. Əvvəlki oyunlarda da xal itirdiyimiz matçlar olmuşdu. Ancaq bu, sonrakı oyunlarımıza təsir etməmişdi.

 

- Növbəti oyunda Skarlatakenin yerinə Tərlan Quliyevi oynada biıərsiz?

- Tərlan son oyunlar yaxşı oynayır. Ancaq onu öz mövqeyində oynadacam. Bizdə elə futbolçular var ki, bir neçə mövqedə oynaya bilir.

(apasport.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbir-shv-buraxdlar-kiquot-t54527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR