Azərbaycan səfirliyi İslamabadda təşkil olunan illik xeyriyyəçilik tədbirində iştirak edib

Azərbaycan səfirliyi İslamabadda təşkil olunan illik xeyriyyəçilik tədbirində iştirak edib
19:27 28 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası tərəfindən İslamabad şəhərində təşkil olunan illik xeyriyyəçilik bazarında iştirak edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, 22 xarici dövlətin Pakistanda fəaliyyət göstərən səfirlikləri, habelə Pakistanın yerli müəssisələrinin, şirkətlərinin iştirakı ilə təşkil olunan bazarda müxtəlif ölkələrin milli və mənəvi zənginlikləri, iqtisadi və turizm potensialı göstərilib.
Tədbirin açılış mərasimində çıxış edən Pakistanın birinci xanımı Mahmudə Məmnun Hüseyn çıxışında bildirib ki, Qadınlar Assosiasiyasının xeyriyyəçiliyi müasir ümumbəşəri dəyərləri və xalqların bir-biri ilə mehriban davranmasını təşviq edir.
Pakistan XİN Qadınlar Assosiasiyasının prezidenti xanım Najia Ahmad tədbirin məqsədləri barədə məlumat verib və iştiraka görə səfirliklərə təşəkkür edib.
Xeyriyyəçilik bazarında Azərbaycan mətbəxinin ləziz nümunələrindən, eyni zamanda Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, Nizami məqbərəsinin, İçəri Şəhərin, Mömünə Xatın türbəsinin, Qız Qalasının, Şəki Xan sarayının, eləcə də aşıq sənətinin, milli musiqi alətlərinin və digər mədəniyyət nümunələrimizin əks olunduğu maketlər sərgilənib.
Eyni zamanda Azərbaycan-Pakistan əlaqələrindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından, görkəmli şəxsiyyətlərindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarına çıxarılıb.









Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-sefirliyi-i-slamabadda-teskil-olunan-illik-xeyriyyecilik-tedbirinde-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR