Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Matç 90 dəqiqədir” - Ərdoğana SUİ-QƏSD CƏHDİ

“Matç 90 dəqiqədir” - Ərdoğana SUİ-QƏSD CƏHDİ

Date: 28 November 2016 19:33

Hərbi çevrilişə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi ilə bağlı 47 şübhəli haqqında hazırlanan iddianamə Muğla 2-ci Kriminal Məhkəməsi tərəfindən qəbul edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sui-qəsd cəhdində adı çəkilən 50 nəfərdən 3-ü hazırda axtarışdadır.

Həbsxanada olan şübhəlilərdən M.Ö.-nün sui-qəsd cəhdində iştirak edən başqa birinə yazdığı qeyd ortaya çıxıb. M.Ö. qeyddə 15 iyulun son deyil, bir başlanğıc olduğuna inam ifadə olunub. “15 iyul son deyil, başlanğıcdır. Matç doxsan dəqiqədir, hələ bitməyib”, - qeyddə bildirilir.

Məlumata görə, qeyd həbsxananın bir kamerasından başqa bir kameraya göndərilərkən ələ keçirilib.

Ömər


Tags:  Matç 90 dəqiqədir Ərdoğana SUİ-QƏSD CƏHDİ

RƏYLƏR


Top news