Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azay Quliyev QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edəcək

Azay Quliyev QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edəcək

Date: 28 November 2016 19:49

Milli Məclisin mətbuat xidmətinin verdiyi məlumata görə cari ilin noyabr ayının 29-da Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcəkdir.

 

 Lent.azın məlumatına görə, Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcəkdir. Deputatımız çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaqdır. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcəkdir. 

 

Səfər dekabrın 1-də başa çatacaqdır.


Tags:  Azay Quliyev QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edəcək


RƏYLƏR


Top news