Soğanı 4 yerə bölüb... - Xanımlar üçün ucuz və faydalı müalicə

Soğanı 4 yerə bölüb... - Xanımlar üçün ucuz və faydalı müalicə
19:52 28 Noyabr 2016
827 Ölkə
Ölkə mətbuatı
A- A+

Soğan evdə istifadə etdiyimiz tərəvəz olmaqla yanaşı, tərkibindəki B, C və A vitamini, yod, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlərə malik olan şəfalı bir tərəvəzdir.

Soğan suyu qadınlarda ağ axıntı, mioma, menopauza, kista kimi narahatlıqlara qarşı son dərəcə uğurlu vasitədir. Aile.lent.az soğan suyu haqda maraqlı faktlarla sizi tanış edir.

Soğan suyunun faydaları

Qadınlarda yaranan şokolad kistası (endometriozis) və miomanın yaranmasına qarşı müalicəvi təsiri var.

Polikistoz over sindromunun müalicəsində faydalıdır.

Menstruasiya pozğunluğunu qaydaya salır.

Menopauza şikayətlərini azaldır.

Vaginal axıntıların azalmasında faydalıdır.

Hamilə qalmaq istəyənlərə çarə olacaq.

Həzmi tənzimləyir.

Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var.

Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var.

İmmunitet sistemini gücləndirir.

Bədəndə meydana gələn yağlanmanı azaldır, arıqlamağa kömək edir.

Stressi yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var.

Prostat iltihablarını azaldır.

Çiy soğan yemək, yemək sonrası qandakı ümumi qliserit səviyyəsini aşağı salır.

Sinusit probleminin qarşısını alır.

İstifadə qaydası

Normal ölçüdə olan soğanı 4 yerə bölüb əvvəlcədən qaynadılmış 2 stəkan suyun içinə qoyub 5 dəqiqə saxlayın. İçərisinə heç nə əlavə etmədən günorta və axşam yeməklərindən əvvəl bir stəkan için. Bu proseduru 15 gün davam etdirə bilərsiniz. Menstruasiya vaxtı da bu sudan içə bilərsiniz. Lakin ən ideal zaman menstruasiya bitəndən 7 gün sonradır. Axıntılar bu suyu içəndən 2-3 gün sonra bədəndən çıxmağa başlayır.   

Hamilə qalmaq istəyənlər də qorxmadan soğan suyu içə bilərlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/493931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR