Gəncənin tarixi qonaqları: İspan pilotlarının nəvələri - VİDEO - REPORTAJ

Gəncənin tarixi qonaqları: İspan pilotlarının nəvələri - VİDEO - REPORTAJ
20:22 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Avropanı qəfil bürüyən faşizmin İspaniyaya da yayılması ilə bu ölkədə 1936-cı ildən alovlanan vətəndaş müharibəsində respublika quruluşunu müdafiə edən qüvvələrə kömək edən Sovet dövləti onlar üçün SSRİ-nin bir sıra yerlərində hərbi hazırlıq məktəbləri yaratmışdı. O vaxt Kirovabad adlanan Gəncədə də ispan respublikaçıları üçün hərbi təyyarəçilər məktəbi açılmışdı.

Milli.Az APA TV-yə istinadən bildirir ki, fəaliyyət göstərdiyi 1936-1939-cu illər ərzində 200 nəfərədək ispan kursant burada təyyarəçi kimi yetişib. 1936-cı ildə İspaniyada faşistlər hakimiyyəti ələ aldıqdan sonra ispan təyyarəçilərin bir hissəsi SSRİ-də qalıb və İkinci Dünya müharibəsi cəbhələrində vuruşublar.

Öz igid ata-babalarının qəhrəmanlıqlarının sorağı ilə İspaniyadan onların övladları və yaxınları bu gün Gəncəyə gəliblər. Bu səfər İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyasının xətti ilə təşkil olunub. Qonaqlar şəhərin orta məktəblərinin birində Kirovabad Təyyarəçilər Məktəbinin ispan müdavimləri və onların döyüş yolunu əks etdirən yeni muzeyin açılışında iştirak edib, ata-babalarının qəhrəmanlıq salnaməsi ilə yaxından tanış olub və öz kövrək təəssüratlarını bölüşüblər.
 
Mersedes Kaldeviya, ispan təyyarəçinin qızı: "Mən arzu edirdim ki, atamın - kapitan Xuan Karlos Kaldeviyanın döyüşçü kimi hazırlıq gördüyü yerlərdə olum. Bu gün arzum gerçəkləşir. Burda bizi bir ailənin üzləri kimi, qardaş-bacı kimi qarşılayırlar. Bu doğmalıq bizi çox ruhlandırdı".
 
Nelita Martines Forros, ispan təyyarəçinin qızı: "Atam 1938-ci ilədək Gəncədə təlim görüb. Sonra bir müddət Moskvada yaşadıq. Müharibə düşəndə o, cəbhəyə getdi. 1945-ci ilin martında Macarıstanda həlak oldu. Anam isə rusdur. O, Gəncə təyyarəçilər məktəbində tərcüməçi işləyib. Bu yaxınlarda vəfat edib. Biz Madriddə yaşayırıq. Burada hiss edirik ki, insanlar bizə qarşı necə həssasdırlar. Bu muzey də çox dəyərlidir".
 
Agelino Montaniya, İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyasının sədri: "Burada gördük ki, xalqınız çox qonaqpərvər və açıq ürəklidir. Bizə də belə münasibət göstərilir. Biz minnətdarlığımızı bildiririk".
 
Sonra qonaqlar Gəncə Təyyarəçilər Məktəbində təlim görən pilotlardan həlak olanların uyuduğu Fəxri xiyabana üz tutublar. Fəxri xiyabandakı pilotların Xatirə abidəsi və qəbirləri üzərinə əklil və gül-çiçəklər düzülüb. İspan qonaqlar faşizmlə müharibənin müxtəlif cəbhə istiqamətlərində həlak olan təyyarəçilərin adları yazılmış lentləri də Gəncədəki abidənin üzərinə səriblər. Burada yaxınlarının və onların dostlarının qəbrini tapanlar da olub.
 
Luis Mantaxano, ispan təyyarəçinin oğlu: "Burada atamın dostu, Françesko Fernandes Fonsun qəbri var. Atamın hazırda 97 yaşı var. Gedib ona deyəcəyəm ki, dostunun qəbrini tapmışam. O, əlbəttə, çox sevinəcək və kövrələcək".
 
Onu da əlavə edək ki, İkinci Dünya müharibəsi zamanı Sovet Ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı, Bakının hava hücumundan müdafiəsində də iştirak ediblər və onlardan 25 nəfəri döyüş şəraitində həlak olub.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47

Beyini qoruyan maddə

24 May 2017 23:47

Belyerin "Barselona"ya söz verib

24 May 2017 23:47

Qaşlar üçün parik hazırlandı

24 May 2017 23:42

Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər

24 May 2017 23:42

Acı bibər əlinizi göynətdisə, nə etməli? - ÜSULLAR

24 May 2017 23:42

Türkiyə Rusiya buğdası və günəbaxan yağının idxalını məhdudlaşdırıb

24 May 2017 23:42

Somalidə partlayış baş verib:

24 May 2017 23:40

"Sezar" kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

24 May 2017 23:37

Siqaret çəkən qadınlara PİS XƏBƏR: hər 5 ildə...

24 May 2017 23:37

Yeni güclü antibiotik yaradıldı - Qorxulu dərdlərin dərmanı

24 May 2017 23:36

“Hitler babalarımıza...” - Dil məsələsi ÖLKƏNİ QARIŞDIRDI

24 May 2017 23:33

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

24 May 2017 23:32

İlluziyanı xatırladan makiyajlar - FOTO

24 May 2017 23:32

Burada insan əməyinə ehtiyac yoxdur - SUPERMÜASİR AVTOPARK - FOTO

24 May 2017 23:32

Azərbaycan-Moldova əlaqələrinin 25 illiyi münasibətilə konfrans keçirilib -

24 May 2017 23:28

""Milan"ın Çempionlar Liqasına qayıtması çətin olacaq"

24 May 2017 23:27

Təbiətin "fotoşop etdiyi" 11 HEYVAN - FOTO

24 May 2017 23:22

Bu ilin dəbdə olan ən yaxşı interyer dizaynerləri - FOTO

24 May 2017 23:22

Nəhəng ilan qolf meydanında - VİDEO

24 May 2017 23:22

Hər gördüyünüzə inanmayın: o FOTOLAR əslində belə çəkilib

24 May 2017 23:17

Acı bibərin inanılmaz faydaları

24 May 2017 23:17