Sumqayıtda 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir işləri aparılıb

Sumqayıtda 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir işləri aparılıb
20:27 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ “Azərsu” ASC Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının zirzəmilərində mövcud su və kanalizasiya sistemlərinin istismar vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, bu ildə şəhərdə 1450 coxmənzilli yaşayış binasının zirzəmilərinin monitorinqi aparılarkən məlum olub ki, 400-ə yaxın binanın zirzəmisinə su yığılır. 
Həmin zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılıb. Məlum olub ki, zirzəmilərə suyun bir hissəsi binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlıdır. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub.
Bu ilin ötən dövründə Sumqayıtda 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu məqsədlə zirzəmilərdən keçən 1100 metr su xətti, 4811 metr isə kanalizasiya xətti dəyişdirilib. Görülən işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınıb, su itkiləri minimuma enib. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.
Hazırda 16 binanın zirzəmilərində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər davam etdirilir. Digər 15 binanın zirzəmisində toplanan sular qrunt mənşəlidir, binanın su və kanalizasiya sistemlərinin vəziyyəti heç bir bağlılığı yoxdur.
Qeyd edək ki, ümumilikdə ötən ilin sentyabr ayından bugünədək 350 binanın zirzəmisindəki sistemlər təmir olunub və qurutma işləri aparılıb.





Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sumqayitda-304-binanin-alt-paylayici-su-ve-kanalizasiya-xetlerinde-esasli-temir-isleri-aparili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR