Azərbaycanda təbii qaz, elektrik enerjisi və dərman vasitələrinin tarifləri diferensiallaşdırıldı

Azərbaycanda təbii qaz, elektrik enerjisi və dərman vasitələrinin tarifləri diferensiallaşdırıldı
20:43 28 Noyabr 2016
220 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırıldı (25 May 2017 20:28)
Azərbaycanla Gürcüstan arasında bu sahədə idxal-ixrac dayandırıldı (25 May 2017 20:05)
200-ə yaxın dərmanın qiyməti təsdiqlənib (23 May 2017 19:14)

Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, yığıncaqda təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

İclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə həmçinin qeyd edilir ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur.

Bu baxımdan təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib.

Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.

Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

“Azərişıq” ASC-nin məlumatına görə əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.

İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək.

Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

İclasda Dövlət Neft Şirkəti, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb.

Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli Qərarına əsasən, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə isti su təchizatının tarifləri dövlət tənzimlənməsindən çıxarıldığı üçün Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilmiş tariflər 2017-ci ilin 1 yanvar tarixindən qüvvədən düşəcək. Bununla bağlı Tarif (qiymət) Şurasının müvafiq Qərarına dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hitlerin öldürmədiyi yeganə yəhudi odur

28 May 2017 11:02

Rusiyada 4 mazut sisterni relsdən çıxıb

28 May 2017 11:01

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

28 May 2017 10:52

Premyer Liqa klubunda yeni baş məşqçi

28 May 2017 10:52

"Oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi…" - Günün qəhrəmanları

28 May 2017 10:47

"Barselona" İspaniya Kral Kubokunun qalibi oldu

28 May 2017 10:44

Türkiyə 10 terrorçunu məhv etdi

28 May 2017 10:32

Müsəlman qadınları təhqir edən şəxs 3 nəfəri bıçaqladı

28 May 2017 10:26

Fransada avtobus qəzası: 10 yaralı

28 May 2017 10:22

Elviz Presliyə məxsus təyyarə hərracda satılıb

28 May 2017 10:22

PSJ kuboku avtoqolla qazandı

28 May 2017 10:22

Silahlılar 19 dinc sakini öldürdü - Filippində

28 May 2017 10:18

Kubok “Borussiya”ya qismət oldu

28 May 2017 10:17

Şəmkirdə partlayış: yaralanan var

28 May 2017 10:12

Tanınmış solist vəfat edib

28 May 2017 10:11

Türkiyə HHQ 10 PKK terrorçusunu məhv edib

28 May 2017 10:08

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

28 May 2017 10:02

“Borussiya" D Almaniya kubokunun qalibi oldu - VİDEO

28 May 2017 09:58

Şarl de Qollun qəbri dağıdıldı

28 May 2017 09:57

Atəşkəs 120 dəfə pozuldu

28 May 2017 09:56

Ermənilər bu gecə minaatanlarla sakitliyi pozdu

28 May 2017 09:48

Təxribat davam edir - Ermənilər minaatanlardan 10 mərmi atdılar

28 May 2017 09:47

Filippində silahlılar 19 dinc sakini öldürüb

28 May 2017 09:43

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 120 dəfə pozub

28 May 2017 09:37

Filippində hərbçilərlə terrorçular arasında baş vermiş toqquşmalarda 85 nəfər öldürülüb

28 May 2017 09:32

Çayxanada yanğın

28 May 2017 09:32

ABŞ-da təyyarə qəzaya uğradı

28 May 2017 09:29

ABŞ Koreya sahillərinə üçüncü aviadaşıyıcısını yolladı

28 May 2017 09:27

PSJ bu titulunu qorudu - VİDEO

28 May 2017 09:18

Mosulda qadınların niqab geyinməsinə qadağa qoyuldu

28 May 2017 09:17

Qubada çayxana yandı

28 May 2017 09:13

Bakıda 4 dəmir köşkü yandı

28 May 2017 09:12

Mərakeşdə 20 nəfər saxlanılıb - Milli təhlükəsizlik səbəbindən

28 May 2017 09:12

Ankarada Qarabağ Parkı açıldı - FOTOLAR

28 May 2017 09:08

Belqradda güclü partlayış: ölən və yaralananlar var

28 May 2017 09:05

“Borussiya Dortmund” Almaniya Kubokunun qalibi olub

28 May 2017 09:02

Qubada çayxanada yanğın olub

28 May 2017 08:50

"Müstəqillik mübarizəmiz bitməyib, davam edir"

28 May 2017 08:47

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

28 May 2017 08:42

Polşa çempionatında MÖCÜZƏ-QOL - Hakim hara baxırdı? - VİDEO

28 May 2017 08:03

Xamenei: “Səudiyyə Ərəbistanının başında “ləyaqətsiz insanlar” durur”

28 May 2017 07:57

ABŞ-da təyyarə qəzası: ölənlər var Подробнее на ТАСС: http://tass.ru/proisshestviya/4288572

28 May 2017 07:43

Ramazanda bədəninizi susuz qoymayın!

28 May 2017 07:38

Belqradda partlayış baş verib

28 May 2017 07:32

Yeni kolleksiya - FOTO

28 May 2017 07:32

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13