Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azercell" "Uşaq Qaynar Xətti" Xidmətinin mobil əlavəsini istifadəyə verib

"Azercell" "Uşaq Qaynar Xətti" Xidmətinin mobil əlavəsini istifadəyə verib

Date: 28 November 2016 20:47

Bakı. 28 noyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin dəstəyi ilə 2010-cu ildə yaradılan “Uşaq Qaynar Xətti” Xidmətinin mobil əlavəsi istifadəyə verilib.
Şirkətdən “Report”a verilən xəbərə əsasən, bu gün Beynəlxalq Muğam Mərkəzində “Uşaq Qaynar Xətt” Xidmətinin mobil əlavəsinin təqdimatı keçirilib.
Mərasimdə İnsan hüquqları üzrə müvəkkil professor Elmira Süleymanova, QHT, dövlət və özəl sektorun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində bidirilib ki, “Uşaq Qaynar Xətti” Xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətti” Xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15 minə yaxın müraciət daxil olub. Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil, hüquqi ehtiyaclar və s. ilə bağlı olub.
Mərasimdə eyni zamanda Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatının növbəti qalibləri açıqlanıb. Bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir.
Qeyd edək ki, Azərbaycan “Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.





Tags:  Azercell Uşaq Qaynar Xətti Xidmətinin mobil əlavəsini istifadəyə verib



RƏYLƏR


Top news