Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentin kitabına abidə qurdular - VİDEO

Prezidentin kitabına abidə qurdular - VİDEO

Date: 28 November 2016 20:53

Tacikistanın Qissara şəhərində prezident Emoməli Rəhmonun “Tarixin güzgüsündə taciklər” kitabına bir tonluq abidə qurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, abidə müvəqqəti olaraq Qissara administrasiyasının binası qarşısında yerləşdirilib.

Abidə daha sonra şəhərin mərkəzinə daşınacaq.

Tacikistan prezidenti onlarla kitab yazıb. “Tarixin güzgüsündə taciklər” həcminə görə ən böyük əsərlərdən biridir. Kitabda beş min il boyunca tacik xalqının tarixi yer alıb. Kitab 2002-ci ildə dərc edilib. “Tarixin güzgüsündə taciklər” Çin, rus, ingilis, alman, ərəb, fars və fransız dillərinə tərcümə olunaraq çap edilib.

Ömər


Tags:  Prezidentin kitabına abidə qurdular VİDEO

RƏYLƏR


Top news