Tarif Şurasının kommunal xidmətlərin qiymətini diferensiallaşdırdı - QƏRAR

Tarif Şurasının kommunal xidmətlərin qiymətini diferensiallaşdırdı  - QƏRAR
20:54 28 Noyabr 2016
2801 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

 

Şuradan APA-ya verilən məlumata görə, iclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

 

Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

 

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

 

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

 

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

 

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

 

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

 

İclasda Dövlət Neft Şirkəti, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb. Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

 

Şuranın iclasında həmçinin, Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin “Azərbaycan Hava Yolları” QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

 

İclasda həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın  qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hər gün bir diş sarmısaq yesəniz...

17 Avqust 2017 10:17

Pərvin Abıyeva qaydaları pozdu, təhqir etdi: “Sponsorumun barmağı girsin sənin…” - VİDEO

17 Avqust 2017 10:13

Qızıl bahalaşdı

17 Avqust 2017 10:09

"Barselona" Arda Turanın qiymətini açıqladı

17 Avqust 2017 10:07

Deputat xaricdəki azərbaycanlılara səsləndi - "Qarabağ" üçün

17 Avqust 2017 10:07

Bakıda qadın həmcinsini xəstəxanalıq etdi

17 Avqust 2017 10:04

“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür

17 Avqust 2017 10:03

Prokuror "Qala BTX" MMC-nin keçmiş əməkdaşlarına ümumilikdə 493 il cəza istəyib

17 Avqust 2017 10:02

Azərbaycan nefti bahalaşdı

17 Avqust 2017 09:58

Naxçıvan əhalisinin sayı açıqlanıb

17 Avqust 2017 09:57

AMEA-nın magistraturasına qəbul olanların nəzərinə!

17 Avqust 2017 09:54

Bakının mərkəzi küçəsində QORXUNC ANLAR: 45 yaşlı qadın huşunu itirdi və ...

17 Avqust 2017 09:53

Çində leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib

17 Avqust 2017 09:52

CƏBHƏDƏN XƏBƏR VAR

17 Avqust 2017 09:49

Məşhur müğənni səhnədə növbəti dəfə BİABIR OLDU - FOTO

17 Avqust 2017 09:48

Kopenhagendə "Qarabağ"ı izləmək neçəyə başa gələcək? (QİYMƏTLƏR)

17 Avqust 2017 09:47

Atatürkün portreti silinir - 35 il sonra

17 Avqust 2017 09:43

Türkiyədə zəlzələ: 17 min ölü, 44 min yaralı

17 Avqust 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

17 Avqust 2017 09:37

"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

17 Avqust 2017 09:37

Bakıda 32 yaşlı kişi özünü asaraq intihar edib

17 Avqust 2017 09:37

Atəşkəs ötən gecə də pozuldu - 100 dəfədən çox

17 Avqust 2017 09:34

VALYUTA MƏZƏNNƏLƏRİ

17 Avqust 2017 09:33

"Dünyanın ən gözəli" bu şəhər seçildi - FOTO

17 Avqust 2017 09:29

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

17 Avqust 2017 09:28

Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar

17 Avqust 2017 09:27

"Azercell" abunəçilərini xəbərdar edib

17 Avqust 2017 09:27

Bakıda kafe yandı

17 Avqust 2017 09:27

Naft bahalaşdı

17 Avqust 2017 09:23

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.08.2017)

17 Avqust 2017 09:22

Paytaxtın şimal hissəsi yanır - VİDEO

17 Avqust 2017 09:18

“Barselona” yenə “Real”la bacarmadı - VİDEO

17 Avqust 2017 09:17

Millət vəkili: "Kim istəyirsə, qonaqlıq verə bilərəm"

17 Avqust 2017 09:17

Xarici valyutaların manata qarşı məzənnələri

17 Avqust 2017 09:16

Bu ərazilərdə EV TİKMƏYİN - XƏBƏRDARLIQ

17 Avqust 2017 09:13

Samuxda zəlzələ olub

17 Avqust 2017 09:05

Samuxda ZƏLZƏLƏ

17 Avqust 2017 09:03

Venesuelada həbsxanada toqquşma - 35 ölü

17 Avqust 2017 09:03

Britaniyanın baş naziri Trampı tənqid edib

17 Avqust 2017 08:52

Model Didem Soydanın cəsarətli fotosu minlərlə BƏYƏNMƏ ALDI

17 Avqust 2017 08:33

Şəmkirdə avtomobil piyadanı vurub

17 Avqust 2017 08:22

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

17 Avqust 2017 08:03

İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var

17 Avqust 2017 08:02

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 07:03

Avropa futbolunda ilk: oyunu qadın idarə edəcək

17 Avqust 2017 06:59

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

17 Avqust 2017 06:47

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib - 40 dinc sakin həlak olub

17 Avqust 2017 06:33