Üzr istəyirəm, lap "ayıbçı" məsələdir...

Üzr istəyirəm, lap "ayıbçı" məsələdir...
21:12 28 Noyabr 2016
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Elan:

Bütün söyüşləri qəbul edirəm:

-  omar.mazanov@gmail.com elektron poçtuna ağzınıza, ağ(Z)lınıza gələn söyüşləri ünvanlaya bilərsiz.

Çoxumuz qohum-əqrəbanın, qonum-qonşunun valideynlərimizə "bi şey - mi şey var?" sualından sonra yaranmışıq; lap təsadüfən.

Məsələn, oğlanlar qız uşağı istəyən valideynlərin çoxsaylı cəhdlərindən, qızların əksəriyyəti oğlan istəyi cəhdlərindən yaranıb.

Lap açıq-aydın, hamının başa düşəcəyi formada  baxaq məsələyə: Necə yarandıq?

Üzr istəyirəm, yazmağa da adamın üzü gəlmir, bu ki lap "ayıbçı" məsələdir.

Mənə görə, sevginin yataq otağı olmur.

Məsələn, "insanlar sevirlər deyə yatırlar, yoxsa yatırlar deyə sevirlər?" sualına birmənalı olaraq "yatırlar deyə sevirlər" cavabını vermişəm.

Yəni adi "pastel" hadisəsiyik.

Bir çimdik ehtirasın nəticəsi - İnsan.

Təsəvvür eləyin: bizi düzəldən "alətlə" yarandığımız yeri söyürük.

Cinsiyyət orqanları da mədə, bağırsaq, ciyər kimi orqanlardır mahiyyət etibarıyla, həm də daha müqəddəsdir.

Müqəddəsdir ona görə ki, göydə Allah, yerdə valideynlərimiz, cinsiyyət orqanları vasitəsilə yaranmışıq.

Niyə "qulağım səni" deyəndə söyüş olmur, amma biri cinsiyyət orqanlı ifadə təhqir hesab olunur?

Fikir vermişəm, bu sözlü "zorlama" cəhdləri daha çox qadınlara ünvanlananda qıcıqlanırıq.

Biri desə ki, "sənin ananı..." - sərt reaksiyalar, bıçaq, tapanca...

Çox yaradıcı millətik, bir də görürsən, biri o birinə  "bütün nəsildəki uzunsaçlılarını ..." deyir.

O da qayıdır ki, "səni dartıb çıxaran mamaçanın..."

Yeddiqatlı söyüşlər var...

Bu proses söz müstəvisində gedir ki, bu özü də absurddur, amma o bir tərəfə, məni maraqlandıran, sözün əsl mənasında ta əvvəldən düşündürən, "niyə yurdum insanları cinsiyyət orqanlarını təhqir kimi həzm eləyirlər" "dilemma"sıdır.

Niyə?

Axı təhqir kimi qəbul etdikləri bu orqanlarla sonra uşaq düzəldirlər və bir ömür onun yolunda  işləyirlər, ölürlər.

Məsələn, sevirəm dedikləri qadınla sevişirlər, xoşbəxt olurlar.

Absurd deyil?

Mənə elə gəlir ki, bu, seksist yanaşmadır və ali insan dəyərlərinə təhqirdir!

Həmin "ayıbçı" yerlərə "cinsiyyət orqanı" deyirik, düzdürmü?

Yəni, həmin orqanlar cinsiyyətimizi bəlli edir, arvad-kişi fərqi o zadlara görə fərqlənir.

Mən deyirəm ki, kişi və qadın cins deyil, xarakterdir.

İnsanlığın cinsiyyəti yoxdur.

İnsanlığın milliyyəti, dini, irqi, dili olmur!

Dünyanı sərhədsiz, cins, dil, din, milliyyət fərqi olmadan qəbul edəndə "cinsiyyət" orqanlarınızı təhqir kimi həzm etməyəcəksiz.

Bir də görürsən, cavan oğlandır, məsələn, həyat yoldaşı haqqında nəsə demək istəyir. Cümləyə mütləq-əl-vacib  "üzr istəyirəm, uşaqların anası", ya da "bağışlayın, həyat yoldaşım..."la başlayır.

Niyə üzr istəyirsən, adam?

Yox, bu ta qədimdən süzülüb gələn seksist xarakterdir.

Üzr istəyir, guya utanır. Bəlkə də utanır. Bu qafanın sahibi, əlbəttə, namusunu iki ayaq arasında görür.

Namus, qeyrət, vicdan deyən kimi  fikirlərinə iki ayaq arası gəlir.

Məsələn, əgər geydirsə, qeyrəti yoxdur, əgər lezbiyandırsa, vicdanı yoxdur. Biseksualdırsa, ümumiyyətlə məhv edilməlidir.

Niyə?

O qədər bığlı-qalstklu day-daylar var ki, atalarımızın, qohumlarımızın ciblərinə girirlər.

O qədər ağbirçəklər var ki, məmədanlarında onun-bunun haqqını daşıyırlar başqa qucaqlara.

Ərlərindən başqa, bütün həqiqətlərə xəyanət eləyən qadınlara nə deyirsən, bəy?

Deməli, cinsiyyət məsələsi deyil qadın, kişi.

Qadın, kişi cinsiyyət deyil, xarakterdir!

Savaşmayın, sevişin!

Ömər Xəyyam
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR