Hindistan xüsusi xidmət orqanları ölkənin baş naziri Narendra Modiyə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sui-qəsdi planlaşdıran terrorçular həbs edilib.
Ölkənin cənubunda yerləşən Tamilnad ştatının Madurai şəhərində əməliyyat zamanı üç nəfər - M. Kxarim, Asif Sultan Məhəmməd və Abbas Əli saxlanılıb. Onların mənzilində aparılan axtarışların gedişatında partlayıcı maddələr, vərəqələr və yaddaş kartı aşkarlanıb. Vərəqələr və yaddaş kartında potensial hədəflərin siyahısı olub. Siyahıdakı 22 nəfər arasında baş nazirin də adı olub.
İstintaq saxlanılanların “Əl-Qaidə” terror təşkilatının üzvləri olduğunu güman edir. Terrorçu qrupa beş nəfər daxildir. Digər iki terrorçunun axtarışları aparılır.
Ömər Dağlı