Azərbaycanda kommunal xidmətlərin tarifləri diferensiallaşdırılıb

Azərbaycanda kommunal xidmətlərin tarifləri diferensiallaşdırılıb
21:22 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb (30 Mart 2017 11:32)
"Namizədlər təsdiqlənmiş məbləğdən əlavə pul ödəməyəcəklər" (07 Mart 2017 16:42)
Azərbaycanda qəbul imtahanlarında ödənişli xidmətlərin tarifləri müəyyənləşib (06 Mart 2017 20:07)

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. 
Şuradan "Report"a verilən məlumata görə, yığıncaqda təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə həmçinin qeyd edilir ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur.
Bu baxımdan təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib.
Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
“Azərişıq” ASC-nin məlumatına görə əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.
İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək.
Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.
Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.
Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.
İclasda Dövlət Neft Şirkəti, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb.
Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.
Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli Qərarına əsasən, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə isti su təchizatının tarifləri dövlət tənzimlənməsindən çıxarıldığı üçün Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilmiş tariflər 2017-ci ilin 1 yanvar tarixindən qüvvədən düşəcək. Bununla bağlı Tarif (qiymət) Şurasının müvafiq Qərarına dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Fransız polislər küçələrə çıxdılar: "Bizi qoruyun!" - FOTO

27 Aprel 2017 11:17

​Sərnişindaşımada YENİLİK

27 Aprel 2017 11:17

Bülent Ersoyun kişiliyi tutdu

27 Aprel 2017 11:15

Prokuror 9 il istədi, hakim 1 il 6 ay cəza verdi - "LOTU QULİ"nin YEZNƏSİNƏ

27 Aprel 2017 11:14

Fuad Ələsgərov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var"

27 Aprel 2017 11:12

Azərbaycan və Rusiya hərbçiləri kimyəvi silahdan müdafiə məsələsini müzakirə ediblər

27 Aprel 2017 11:12

Azərbaycan nefti ən bahalı oldu

27 Aprel 2017 11:12

Bakının "İnter" komandası Gəncədə gənclərlə oynayacaq

27 Aprel 2017 11:12

Əli Əhmədov: "Azərbaycanda tikinti sektoru investisiya yatırımı baxımından ikinci yeri turur"

27 Aprel 2017 11:12

Egey dənizində türk-yunan qarşıdurması: ADA KİMİNDİR?

27 Aprel 2017 11:08

Azərbaycanda qəbul səviyyəsi “sıfır” olan məktəblərin adları açıqlanıb

27 Aprel 2017 11:07

Ziya Məmmədovun müşaviri qohumunu yenidən məhkəməyə verir

27 Aprel 2017 11:05

Bakı sakini intihar etdi - Həkimlər də həyatını xilas edə bilmədilər

27 Aprel 2017 11:05

Alim özündən 40 yaş kiçik qızla tutuldu, kameraları görüb özünü itirdi - FOTO

27 Aprel 2017 11:05

Məşhur din xadimi canlı yayımda Quran oxuyarkən KEÇİNDİ

27 Aprel 2017 11:05

Botaş International Limited şirkətinin rəhbərliyi BANM-də

27 Aprel 2017 11:05

Fatimə qızı ilə toyda - FOTO

27 Aprel 2017 11:05

Azərbaycanlı diplomatın həyat yoldaşı oğurluqda ittiham edilir - NYU-YORKDA

27 Aprel 2017 11:03

Hələbdə şəhər azad olunduqdan sonra ilk rəsmi oyun keçirilib

27 Aprel 2017 10:57

Bakıda Azərbaycan və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüş keçirilir

27 Aprel 2017 10:57

“Azərişığ”ın idarələrindən biri ləğv edilib

27 Aprel 2017 10:57

Azərbaycan və Türkiyə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığı genişləndirəcək

27 Aprel 2017 10:57

Tikinti sektorunda qeyri-rəsmi məşğulluq müzakirə olunur - BAKIDA

27 Aprel 2017 10:54

"Azeri Light" bahalaşıb

27 Aprel 2017 10:54

FETÖ-nün yeni hədəfi ortaya çıxdı

27 Aprel 2017 10:53

Baş nazirin müavini: “Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır”

27 Aprel 2017 10:52

Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək

27 Aprel 2017 10:52

ABŞ dünyanın ən böyük neft mənbəyi olacaq

27 Aprel 2017 10:52

Porno ulduz ona mesaj yazan futbolçunu rüsvay etdi - FOTO

27 Aprel 2017 10:52

Azərbaycanla sərhəddə meşə yanır: havaya vertolyotlar qalxdı

27 Aprel 2017 10:49

Arif Quliyev ailəsi ilə İLK DƏFƏ BUNU ETDİ - FOTOLAR

27 Aprel 2017 10:48

ANS-in keçmiş aparıcısı sinəsini belə göstərdi

27 Aprel 2017 10:48

Əli Əhmədov: "Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb"

27 Aprel 2017 10:47

5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək

27 Aprel 2017 10:47

Polisə soğan atdı

27 Aprel 2017 10:47

Qandalın açarı

27 Aprel 2017 10:44

Lənkəranda iki uşaq atası intihar edib

27 Aprel 2017 10:42

Litva parlamentində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

27 Aprel 2017 10:42

İlkinin atası və anası - FOTO

27 Aprel 2017 10:37

"Qarabağ münaqişəsi bölgənin ən böyük təhdidir" - SƏFİR

27 Aprel 2017 10:34

ABŞ-ın hərbi helikopteri okeana düşdü

27 Aprel 2017 10:33

Almaniya qüvvələri Afinaya daxil olur

27 Aprel 2017 10:33

Meydana çıxan gözəl bir gündə məşhurlaşdı - FOTO

27 Aprel 2017 10:32

Metroda qatarların hərəkətində gecikmə yarandı

27 Aprel 2017 10:29

Rasim Balayevlə bağlı üzücü xəbər

27 Aprel 2017 10:27

Səhər yeməyində uşaqlara bunları verməyin! - FOTOLAR

27 Aprel 2017 10:23

Azərbaycan bank sektorunun xalis mənfəəti müəyyənləşib

27 Aprel 2017 10:22

Məşhur rejissor VƏFAT ETDİ

27 Aprel 2017 10:22

Bakı metrosunda həyəcanlı anlar

27 Aprel 2017 10:20

5 yaşadək uşaqlar pulsuz gedəcəklər: şəhər və rayondaxili avtobuslarda

27 Aprel 2017 10:19