"Kəpəz" bəyanat yaydı, "Neftçi"ni yalançı çıxartdı

"Kəpəz" bəyanat yaydı, "Neftçi"ni yalançı çıxartdı
21:47 28 Noyabr 2016
93 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Kəpəz” - “Neftçi” oyununda baş verənlərlə bağlı Gəncə klubu bəyanat yayıb. Bəyanatı təqdim edirik:


“Kəpəz” PFK-nın rəhbərliyi bəyan edir ki, oyun zamanı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə polis tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yerli azarkeşlərə yaxın yerdə oturan qonaq klubun nümayəndələrinə polis əməkdaşları tərəfindən onlar üçün ayrılmış və daha ciddi mühafizə olunan SKY BOX-a və ya digər tribunaya keçmələri tövsiyə olunub.


Bundan başqa oyundan sonra “Neftçi” klubunun futbolçularının yuyunması üçün isti suyun olmaması haqda deyilənlər həqiqətə uyğun deyil.


Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən stadionun ərazisində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Əgər belə olmasaydı, səfər matçı üçün Gəncəyə gələn qonaq azarkeşlərlə “Neftçi” rəsmiləri və futbolçuları arasında yaranacaq qalmaqalın qarşısı vaxtında alına bilməzdi. Məhz polis əməkdaşlarının sayəsində davaya səbəb ola biləcək bütün cəhdlərin qarşısı alınıb.


Onu da bəyan edirik ki, Mehman Allahverdiyev (“Neftçi” tərəfindən kluba göndərilən məktub onun adına ünvanlanıb) bu ilin sentyabr ayının 22-dən etibarən klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və bu post Cabir İbrahimova tapşırılıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquot-byanat-yayd-quotneftciquotni-yalanc-cxartd-t54530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR