Hərbi ekspert: “Bunun üçün Rusiyada güc yoxdur”

Hərbi ekspert: “Bunun üçün Rusiyada güc yoxdur”
22:13 28 Noyabr 2016
197 Dünya
Ölkə mətbuatı
A- A+

“Bu gün Rusiyada nə güc, nə vasitələr, nə də bu təhlükələri reallaşdırmaq üçün arzusu var”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə hərbi ekspert Oleq Jdanov qondarma “Donetsk Xalq Respublikası”nın (“DXR”) başçısı Aleksandr Zaxarçenkonun bəyanatını şərh edərkən deyib.

“Zaxarçenkonun sözləri sadəcə təbliğatdır. O, Rusiya təbliğatçılıq maşınının meqafonudur. Zaxarçenkoya nəyi deyirlərsə, onu səsləndirir. Rusiyanın bunun üçün nə imkanı, nə də real gücü yoxdur. Fakt ondan ibarətdir ki, bu gün Rusiyanın eyni vaxtda Ukrayna və Suriyada müharibə aparmağa gücü yoxdur. Rusiya iki aktiv silahlı konflikt arasında tarazlıq saxlayır. Ukraynada zəiflik başlanan kimi Suriyada aktivlik qeydə alınır. Kreml üçün indiki halda Suriya münaqişəsi daha əhəmiyyətlidir”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Aleksandr Zaxarçenko “sahibləri” olaraq Odessa, Nikolay və Kaxovkaya girməyə hazırlaşdıqlarını deyib. O, daha əvvəl Kiyevi Mariupolu tutmaqla hədələyirdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR