Aleksandr Lukaşenko: "Azərbaycan Belarusa güvənə bilər"

Aleksandr Lukaşenko: "Azərbaycan Belarusa güvənə bilər"
22:22 28 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Belarusa güvənə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.

Belarus Prezidenti bildirib: "Bilirsiniz ki, bizim müzakirə ediləsi və Sizin düzgün qeyd etdiyiniz kimi, gələcək fəaliyyət yollarını müəyyənləşdirəsi problemlərimiz var. Düzünü desəm, hər dəfə Bakıya gələndə mən bu inkişafı görərkən bütün bu əsas məsələlər ikinci plana keçir.

Mən görürəm ki, Siz ilk növbədə bu gözəl şəhərdə qədim məbədləri, qədim mədəniyyət abidələrini qoruyub saxlaya bilmisiniz. Əksər regionlarda həyat bunlardan başlanıb. Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram. Bu, həqiqətən belədir. Fikrimcə, bu ovqat təkcə məndə yox, bütün qonaqlarda yaranır. Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar. Buna görə də Sizə minnətdaram. İkincisi, İlham Heydər oğlu, Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir.

Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq.

Məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Aramızda yaranan qaydaya görə, mən də Sizi istənilən vaxt Belarusda gözləyirəm. Bizim yaxşı təcrübəmiz var. Düşünürəm ki, Sizin üçün münasib vaxtda təkcə qonaq kimi deyil, ölkəmiz üçün ən yaxın, ən doğma insan kimi bizə təşrif gətirəcəksiniz. Təşəkkür edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR