Ermənistanda hərbi məktəbin kursantları üsyan etdi

Ermənistanda hərbi məktəbin kursantları üsyan etdi
22:23 28 Noyabr 2016
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın “Pokr Mqer” hərbi təhsil kompleksində növbədənkənar valideyn toplantısı keçiriləcək.

Publika.az xəbər verir ki, kursantların nədən narazı olduğunu bilmək üçün hərbi təhsil müəssisəsinin yeni direktoru Vaaqn Yaxmuryan belə bir qərar verməyə məcbur qalıb.

Qeyd edək ki, bu gün səhər tezdən “Pokr Mqer” kursantları hərbi hissənin toplanma meydançasında etiraz əlaməti olaraq piyada yürüş edib və direktorun istefasını tələb ediblər.

Direktorun sözlərinə görə, təhsil kompleksinin yetirmələri vəziyyəti aydınlaşdırmaq üçün valideyn iclası çağırmağı tələb ediblər. (avropa.info)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR