Lukaşenko: “Azərbaycan Belarusa güvənə bilər”

Lukaşenko: “Azərbaycan Belarusa güvənə bilər”
22:43 28 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Belarusa güvənə bilər”. Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.

Belarus Prezidenti bildirib: "Bilirsiniz ki, bizim müzakirə ediləsi və Sizin düzgün qeyd etdiyiniz kimi, gələcək fəaliyyət yollarını müəyyənləşdirəsi problemlərimiz var. Düzünü desəm, hər dəfə Bakıya gələndə mən bu inkişafı görərkən bütün bu əsas məsələlər ikinci plana keçir.

Mən görürəm ki, Siz ilk növbədə bu gözəl şəhərdə qədim məbədləri, qədim mədəniyyət abidələrini qoruyub saxlaya bilmisiniz. Əksər regionlarda həyat bunlardan başlanıb. Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram. Bu, həqiqətən belədir. Fikrimcə, bu ovqat təkcə məndə yox, bütün qonaqlarda yaranır. Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar. Buna görə də Sizə minnətdaram. İkincisi, İlham Heydər oğlu, Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir.

Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq.

Məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Aramızda yaranan qaydaya görə, mən də Sizi istənilən vaxt Belarusda gözləyirəm. Bizim yaxşı təcrübəmiz var. Düşünürəm ki, Sizin üçün münasib vaxtda təkcə qonaq kimi deyil, ölkəmiz üçün ən yaxın, ən doğma insan kimi bizə təşrif gətirəcəksiniz. Təşəkkür edirəm". (Trend)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Neftçala Taxıl”a növbədənkənar rəhbər seçiləcək

28 İyul 2017 10:52

Xristos Donis: "Daha çox qol vura bilərdik"

28 İyul 2017 10:52

Kino xadimlərinə pul mükafatları veriləcək - SİYAHI

28 İyul 2017 10:52

Onu çəkmək istəyən fotoqrafı avtomobili ilə vurdu

28 İyul 2017 10:52

Ebru Gündeş həbsxanada olan milyarder ərinin qızı ilə İLK DƏFƏ... - FOTO

28 İyul 2017 10:48

Acundan sevgilisinə dodaq uçuqladan hədiyyə: 56 milyon dəyərində - VİDEO

28 İyul 2017 10:47

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 10:47

Atasının üstünə benzin töküb yandırdı, sonra... - Tanınmış şəxsin qardaşından DƏHŞƏTLİ ADDIM

28 İyul 2017 10:43

Özbəkistan prokurorluğu Gülnarə Kərimova barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib

28 İyul 2017 10:42

Metronun qarşısında "İnfinity" 3 qadını vurdu - XƏSTƏXANALIQ OLDULAR

28 İyul 2017 10:39

41 yaşlı Zaqatala sakini intihar etdi

28 İyul 2017 10:37

Neft bahalaşdı

28 İyul 2017 10:36

İki “Apple” qurğusunun istehsalı dayandırılır

28 İyul 2017 10:35

Smartfon istehsalında 7 faiz artım qeydə alınıb

28 İyul 2017 10:35

81 yaşlı atasını yandıraraq öldürən oğul: "Hər şey göz qabağındadır"

28 İyul 2017 10:34

ABŞ senatorlarının yeni Rusiya əyləncəsi

28 İyul 2017 10:33

Acun bəy kostyumunu geyindi - FOTO

28 İyul 2017 10:32

İslam Kərimovun qızı həbs olundu

28 İyul 2017 10:29

Yanan binada imtahan vermiş abituriyentlərin nəzərinə

28 İyul 2017 10:28

Gülnarə Kərimova həbs olundu

28 İyul 2017 10:27

Su quyusuna düşən Masallı sakini öldü

28 İyul 2017 10:27

Bahalı avtomobili və pulu görən qız görün nələr etdi - VİDEO

28 İyul 2017 10:27

ABŞ senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanunu təsdiqləyib

28 İyul 2017 10:27

"Qəbələ"-dən uğursuz oyun

28 İyul 2017 10:22

DİM abituriyentlərə müraciət etdi - KOMİSSİYA YARADILIB

28 İyul 2017 10:19

60 yaşlı Şeron Stoun alt paltarında rəqsi ilə kişiləri BİHUŞ ETDİ - EHTİRASLI VİDEO

28 İyul 2017 10:18

SON DƏQİQƏ: Türkiyə HHQ İraqın şimalını bombalayır

28 İyul 2017 10:17

Azərbaycanda 11 nəfər partlayış zamanı həyatını itirib

28 İyul 2017 10:17

Masallıda bədbəxt HADİSƏ: su quyusuna düşdü

28 İyul 2017 10:13

Masonlarla bağlı BİLMƏDİKLƏRİNİZ: onlar daim bizi izləyir, beynimizə girirlər və... - FOTO

28 İyul 2017 10:13

Onu şantaj edən qohumunu öldürdü: bədənini hissələrə parçaladı: DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO

28 İyul 2017 10:12

Azərbaycanda 4 məhkum həbsxanada ölüb - ADLAR

28 İyul 2017 10:09

Su quyusuna düşən Masallı sakinindən

28 İyul 2017 10:08

“Panatinaikos”un kapitanı: “Qəbələ” ilə görüşdəki hesabdan razı deyiləm”

28 İyul 2017 10:07

SOCAR ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

28 İyul 2017 10:07

Baqali Dabo: "Qapıçımıza təşəkkür etməliyik"

28 İyul 2017 10:07

Burak sərvətinə sərvət qatdı - FOTO

28 İyul 2017 10:05

Azərbaycanda 4 məhkum xəstəlikdən öldü

28 İyul 2017 10:05

Kilsədə alt paltarındakı bu görüntülərə görə həbs oluna bilər

28 İyul 2017 09:59

Putin ABŞ-a MEYDAN OXUDU: "Qəfil hərəkətə keçəcəyik və..."

28 İyul 2017 09:58

Marinos Uzunidis: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq"

28 İyul 2017 09:57

Azərbaycan Beynəlxalq Bankı avadanlıq və lisenziyalar almaq istəyir

28 İyul 2017 09:57

Ekspert: Şirkətlər gələcək strategiyalarını elektromobillər üzərində qurur

28 İyul 2017 09:57

Qızıl ucuzlaşdı

28 İyul 2017 09:57

Masallıda bədbəxt hadisə: 38 yaşlı kişi öldü

28 İyul 2017 09:54

Cəbhədə GƏRGİNLİK

28 İyul 2017 09:53

55 milyona "Arsenal"a gəlir

28 İyul 2017 09:52

Rusiyanın hərbi hava bazası daha 50 il Suriyada qalacaq

28 İyul 2017 09:52

Cəbhədən YENİ XƏBƏR var

28 İyul 2017 09:52

CƏBHƏDƏN XƏBƏR VAR

28 İyul 2017 09:50