Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranda 1-ci sinif şagirdi dərsdə özünü pis hiss edərək dünyasını dəyişib

Lənkəranda 1-ci sinif şagirdi dərsdə özünü pis hiss edərək dünyasını dəyişib

Azərbaycanda polis şöbəsində ÖLÜM - DİN açıqlama verdi (27 Mart 2017 14:37)
Polis Şöbəsində saxlanılan şəxs öldü - GORANBOYDA (27 Mart 2017 13:14)
Goranboy Polis Şöbəsində İNANILMAZ FACİƏ: izahat verən şəxs... (27 Mart 2017 12:28)

Tarix: 28 Noyabr 2016 23:22

Lənkəran. 28 noyabr. REPORT.AZ/ Bu gün günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.
"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.
Məktəbə çağırılan "təcili yardım" həkimləri ilkin müdaxilədən sonra məktəblini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Uşaq qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq X.Ağayeva dünyasını dəyişib. 
Qeyd edək ki, uşaq ailənin tək övladı olub. Anası həmin məktəbin müəlliməsidir. Son zamanlar səhhətində problemlər yaranıb. Lakin, uşağın xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.

Teqlər:  Lənkəranda 1-ci sinif şagirdi dərsdə özünü pis hiss edərək dünyasını dəyişib



RƏYLƏR


Top xəbərlər