Aktrisa Nikol Kidman anasını itirmək qorxusu ilə üz-üzə qalıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Avstraliyaya qızıgilə gedən aktrisanın anası Janelin halı pisləşib. Həkim 76 yaşlı qadının vəziyyətinin yaxşı olmadığını deyib.
Nikola bu barədə bacısı xəbər verib. Aktrisa film çəkilişləri üçün getdiyi Luiziana ştatından anasının yanına gəlib.
Kidman bildirib ki, iki il bundan əvvəl atasının ölüm xəbərini alanda depresiyaya düşüb və indi anasını itirməkdən çox qorxur.