Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 1-ci sinif şagirdi dərsdə öldü

Azərbaycanda 1-ci sinif şagirdi dərsdə öldü

Qardabanidə bilik yarışı keçirildi (04 Mart 2017 20:59)
​Şirvanda məktəbdə dəhşətli hadisə - 9-cu sinif şagirdi 3-cü sinif şagirdini zorladı (25 Fevral 2017 13:01)
Masallıda 8-ci sinif şagirdi öldü (22 Fevral 2017 14:12)

Tarix: 29 Noyabr 2016 00:17

Noyabrın 28-i günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.

Məktəbə çağırılan "təcili yardım" həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.

Milli.Az


Teqlər:  Azərbaycanda 1-ci sinif şagirdi dərsdə öldü



RƏYLƏR


Top xəbərlər