""Anderlext" Bakıda xarakter göstərdi"

""Anderlext" Bakıda xarakter göstərdi"
00:52 29 Noyabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

"Anderlext" son vaxtlar divara qısılmış vəziyyətdədi. Hətta mən elə bildim ki, komanda komadadı". Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri belçikalı futbol eksperti Peter Vandenbempt deyib.

Ölkəsinin ən titullu klubu "Anderlext"in hazırkı durumunu şərh edən mütəxəssis Brüssel klubunun son oyunlarına toxunub. O bildirib ki, Avropa Liqasının Bakıda "Qəbələ" ilə görüşündəki 3:1 hesablı qələbə də azarkeşləri məmnun qoymayıb: "Ardıcıl iki qələbədən sonra komandanın durumu nisbətən sabitləşib. "Qəbələ"yə qarşı sıradan bir futbol nümayiş etdirsə də, "Anderlext" Bakıda xarakter göstərdi. Lakin "Muskron"la görüşdəki 7:0-da hər şey var idi. Azarkeşlər bunu hər matçda görmək istəyir".
 
Qeyd edək ki, "Anderlext" noyabrın 24-də Avropa Liqasında "Qəbələ"ni 3:1, dünən isə çempionatda "Muskron"u 7:0 hesabı ilə məğlub edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR