Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq Planı imzalanıb (09 Mart 2017 18:37)
Cibuti Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir (24 Fevral 2017 14:47)
Malena Mard: “Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir” (14 Fevral 2017 10:58)

Tarix: 29 Noyabr 2016 01:27

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Kənd təsərrüfatı üzrə çox maraqlı layihə olacaq. İlham Əliyev bu layihəni dəstəklədi. Mən artıq dediyim kimi, biz öz müəssisələrimizdən birini sizin üçün tam hazır vəziyyətə gətirməyə, həmçinin əczaçılıq sahəsində əməkdaşlıq etməyə hazırıq. Sizin indi üzləşdiyiniz bir problemi – dərman təhlükəsizliyi problemini vaxtilə biz həll etmişik. Bu, bəlkə ərzaq təhlükəsizliyindən də vacib məsələdir. Ölkənin öz dərmanları olmalıdır. Bizdə bu sahədə problem var idi. Vaxtilə dərmanların 13-16 faizini özümüz istehsal edirdik, indi isə bu göstərici 53 faizə çatıb. Düşünürəm ki, siz də bu problemi həll edəcəksiniz. Bu, birdən-birə həll edilmir, bunun üçün vaxt lazımdır. Biz bu gün Azərbaycanın müvafiq şirkətləri ilə, o cümlədən aramızda mövcud olan böyük dostluq və etimad əsasında əməkdaşlıq etməyə hazırıq", - deyə Belarus prezidenti söyləyib.

Teqlər:  Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır



RƏYLƏR


Top xəbərlər