Belarus II Avropa Oyunlarının keçirilməsində Azərbaycandan geri qalmamağa çalışacaq

Belarus II Avropa Oyunlarının keçirilməsində Azərbaycandan geri qalmamağa çalışacaq
01:37 29 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycan Avropa Oyunlarını parlaq səviyyədə keçirdi, heç kəs həmin turniri təkrar edə bilməz. Siz elə bir səviyyə müəyyən etdiniz ki, ümumiyyətlə, əsas olimpiada, dünya olimpiadası bu dərəcədə hazırlanmır, keçirilmir. Siz təkcə Bakının deyil, bütün ölkənin simasını dəyişmisiniz. Bunu təkrarlamaq asan məsələ deyil".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevnoyabrın 28-də Bakıda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Əlbəttə, biz sizi üstələyə bilmərik, lakin belaruslulara xas olan səmimiyyətlə dedim, biz çalışacağıq ki, bu Oyunların açılışında, bağlanışında və keçirilməsində Azərbaycandan geri qalmayaq. Buna görə, İlham Heydər oğlu, vaxtilə siz məni dəvət etdiyiniz kimi, indi mən həm sizi, həm də azərbaycanlı qardaşlarımızı 2019-cu ildə keçiriləcək həmin Oyunlara dəvət edirəm. Biz estafeti sizdən qəbul edirik. Əlbəttə, biz sizin topladığınız o qiymətli təcrübəni mənimsəmək istərdik ki, həmin Oyunları ləyaqətlə, yüksək səviyyədə keçirək. İdmanda konkret əməkdaşlığın başqa istiqamətləri üzrə də sizin təcrübənizi öyrənməyə hazırıq. Kimin fikrinə gələrdi ki, vaxtilə idmanın çox növlərini Azərbaycan Belarusdan öyrəndiyi halda, bu gün biz idmanın çox növləri üzrə Azərbaycandan öyrənməli olacağıq. Ümumiyyətlə, biz qoçaq adamlarıq. Rioda siz çox ləyaqətlə çıxış etdiniz və bu, çox cəhətdən sizin keçirdiyiniz Avropa Oyunları sayəsində mümkün oldu", - deyə prezident əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/belarus-ii-avropa-oyunlarinin-kecirilmesinde-azerbaycandan-geri-qalmamaga-calisacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR