"Shell" İraqdakı neft aktivlərini sata bilər

"Shell" İraqdakı neft aktivlərini sata bilər
06:02 29 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Royal Dutch Shell" aktivlərinin 30 milyard dollara satışı üzrə qlobal proqram çərçivəsində İraqdakı öz neft yataqlarını satışa çıxarmağı nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə neft sahəsindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.
"Shell", xüsusilə də, 2015-ci ilin fevralında Britaniyanın "BG Group" neft-qaz şirkəti tərəfindən alındıqdan sonra öz neft-qaz portfelini optimallaşdırmağa çalışır. Şirkət neftin qiymətinin 2014-cü ildən aşağı düşdüyünü nəzərə alaraq, maye-qaz, həmçinin Braziliya və Meksika körfəzində dərinsulu neft hasilatı layihələrinə yönəlməyə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/shell-i-raqdaki-neft-aktivlerini-sata-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR