Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bankada piroq - FOTO

Bankada piroq - FOTO

Date: 29 November 2016 07:05

Milli.Az bankada piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q qat-qat xəmir
500 ml gilənar mürəbbəsi
1 yumurta
1 x.q. qəhvəyi şəkər tozu
20 q kərə yağı

Bu reseptdə göstərilən ərzaq 4 yarımlitrlik banka üçün nəzərdə tutulub. 

Xəmirin 1/3-ni ayırın. Böyük hissəni dairəvi nazik yayıb 4 yerə bölün. 

Bankaları kərə yağı ilə yağlayın. İçinə xəmiri yerləşdirin (dibinə və divarlarına). 
Xəmirin qalanını yayın, bankaların ağzı boyda 4 dairə kəsin. 
Fiqurlu formalarla bu "qapaq"ların üzərində naxışlar kəsin. Bankaların içinə mürəbbə qoyub dairəvi xəmirləri üstdən qoyun. Xəmirlərin kənarını bərkidin. Bunun üçün üzərindən çəngəllə də basa bilərsiniz. Piroqların üzərinə yumurta çəkin. Kəsib çıxardığınız fiqurları düzün. Üzərinə şəkər tozu səpin. 

Bankaları 180 dərəcə qızdırılmış sobaya qoyub 30 dəqiqə bişirin. 

Mürəbbə yerinə dondurulmuş giləmeyvə, həmçinin ananas və ya ərik konservi də götürə bilərsiniz.

Nuş olsun!

resept: sovkusom.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 







Tags:  Bankada piroq FOTO

RƏYLƏR


Top news