Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəli nazir: “Hakan Şükürlı bağlı məsələ bitdi”

Türkiyəli nazir: “Hakan Şükürlı bağlı məsələ bitdi”

Date: 29 November 2016 07:08

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç Türkiyədə dövlət çevrilişinə cəhd göstərən FETÖ təşkilatına kömək etməkdə günahlandırılan Hakan Şükür barədə danışıb.

Publika.az xəbər verir ki, nazir yerli mətbuata açıqlamasında "Qalatasaray"ın və Türkiyə millisinin sabiq futbolçusu Hakan Şükürlə bağlı məsələnin bitdiyini deyib:

“Nə olduğu ortaya çıxdığı halda, hələ də bu təşkilatın yanında yer alanlarla bizim heç bir əlaqəmiz ola bilməz. Məsələn, Hakan Şükür… Bir vaxtlar türk futbolunda uğurlar əldə etmiş biridi. Ancaq dövlətə və millətə xəyanət edənlərin yanındasızsa, siz də onlarla əlbir sayılırsız və bu məsələ bitmiş sayılır”.

Xatırladaq ki, Türkiyədə Hakan Şükür barədə həbs qərarı verilib. O, FETÖ təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verməkdə ittiham olunur. Hakan Şükür özü isə hazırda ABŞ-da yaşayır.


Tags:  Türkiyəli nazir Hakan Şükürlı bağlı məsələ bitdi

RƏYLƏR


Top news