Şahmat tarixinin ən gənc qrossmeysterini dəstəklənəcək

Şahmat tarixinin ən gənc qrossmeysterini dəstəklənəcək
07:22 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Kaspersky Lab" şirkəti şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə aparan rusiyalı qrossmeyster Sergey Karyakinin rəsmi sponsoru olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət şahmatçının idman turnirlərində iştirakına dəstək verəcək, həmçinin onun informasiya təhlükəsizliyini təmin edəcək.
 
"Mən dünyanın aparıcı beynəlxalq şirkətlərindən biri ilə əməkdaşlıq etməkdən məmnunam. Bizim uğur yolumuzda bir çox oxşarlıqlar mövcuddur: həm mən, həm də "Kaspersky Lab" öz işimizin ustasına çevrilmiş və öz üzərimizdə yorulmadan çalışmağımız və özümüzü fəaliyyətimizə tam həsr etməmiz sayəsində beynəlxalq aləmdə tanınmışıq. Ümid edirəm ki, bu, bizim davamlı və məhsuldar əməkdaşlığımızın başlanğıcı olacaq", - deyə Sergey Karyakin bildirib.
 
"Sergey planetin ən güclü şahmatçılarından hesab olunan möhtəşəm bir gəncdir və onu dəstəkləmək bizim üçün böyük şərəfdir. O, şahmat tarixinin ən gənc qrossmeysteri olmaqla artıq öz adını şahmat tarixinə yazıb və mən əminəm ki, gələcəkdə onu daha yüksək nailiyyətlər gözləyir. İndi isə biz, əlbəttə ki, Sergeyə şahmat tacı uğrunda mübarizədə uğurlar arzu edirik", - deyə "Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeni Kasperski qeyd edib.
 
Şahmat və kibertəhlükəsizliyin bir çox ortaq cəhəti mövcuddur - hər iki sahədə də insan intellektinin və süni intellektin simbiozu həlledici rol oynayır. Kompüterlər şahmatçılara hazırlıq mərhələsində ustalıqlarını itiləməyə kömək edir, bununla belə, bu idman növündə uğurun əsas açarı insan olaraq qalır. "Kaspersky Lab" şirkəti də öz işində oxşar prinsiplərə əsaslanır: ən yüksək təhlükəsizlik qabaqcıl texnologiya və ekspertlərin qiymətsiz bilik və təcrübəsinin birləşməsi sayəsində təmin olunur.
 
Sergey Karyakin 12 yaşında şahmat idmanı tarixinə ən gənc qrossmeyster olaraq düşüb. Bu gün o, son 8 ildir ki, şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə aparan ilk Rusiya təmsilçisidir. Mübarizə rusiyalı qrossmeyster və hazırkı dünya çempionu norveçli Maqnus Karlsen arasında davam edir. Hazırda planlaşdırılmış 12 oyundan 9-u keçirilib, onlardan səkkizi heç-heçə ilə, biri isə rusiyalı şahmatistin qələbəsi ilə nəticələnib. Yarışın bağlanış mərasimi noyabrın 30-da Nyu-Yorkda keçiriləcək, lakin şahmatçılardan biri yaxın oyunlarda 6,5 xal qazandığı təqdirdə qalib vaxtından əvvəl müəyyənləşəcək. Hazırda Sergey Karyakin Maqnus Karlseni 5:4 hesabı üstələyir.
 
Bundan öncə "Kaspersky Lab" şirkəti daha iki rusiyalı şahmatçıya sponsorluq edib - idman ustası namizədi və beynəlxalq turnirlərin mükafatçısı olan 11 yaşlı Andrey Tsvetkova və gənc şahmatçılar arasında Dünya Çempionu adını qazanmış 19 yaşlı qrossmeyster Mixail Antipova. Hər iki idmançı ilə şirkət 2012-ci ildən etibarən əməkdaşlıq edir və onların yeganə sponsoru olaraq qalır. "Kaspersky Lab" şirkətinin dəstəyi sayəsində gənc şahmatçılar beynəlxalq turnirlərdə iştirak etmək və nüfuzlu şahmat məktəblərində məşq etmək imkanı əldə ediblər.

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR