Surface Phone-nun texniki göstəriciləri sızdırıldı

Surface Phone-nun texniki göstəriciləri sızdırıldı
08:22 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir neçə gün bundan öncə "Microsoft" CEO-su Satya Nadella bildirmişdi ki, şirkət smartfon bazarından gedən deyil.

Bugün isə şirkətin yeni smartfonlarının texniki göstəriciləri sızdırıldı. Məlumata əsasən hal-hazırda şirkət minimum iki model Surface Phone üzərində çalışır. Onlardan biri 4 GB-lıq RAM, digəri isə 6 GB-lıq RAM ilə təchiz olunacaq. Hər iki smartfon Snapdraon 835 prosessoruna sahib olacaq. Şaiyələrə əsasən bu prosessor həmçinin Samsung Galaxy S8 smartfonunda da olacaq. Milli.Az technote.az-a istinadən bildirir ki, hər iki Surface Phone modeli 5.5 inç ekranla təchiz olunacaq. Gözlənildiyi kimi şirkət gələn il Surface Phone-nun 3 modelini təqdim edəcək. Onların hər üçü də Windows Mobile 10 əməliyyat sistemi ilə çalışacaq. Əlavə ödənişlə smartfonlar üçün stilus və taxıla bilən klaviaturanı əldə etmək olacaq.

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/493816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR