Çətinlikləri necə asan etmək olar?

Çətinlikləri necə asan etmək olar?
08:37 29 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən həyatın çətinlikləri belimizi sındırır və taqətimizi azaldır. Çətinlikləri bizlərə əziyyət verir və şikayətlərimiz səmaya qədər ucalır. Zamana və məkana nalayiq sözlər deyərik. Lakin namaz qılan, Quran oxuyan və Əhli-beytə (ə) təvəssül edən zaman sakitləşir və hüzur tapırıq. Sanki bütün çətinliklərimizi unuduruq. Çətinliklər bizə asan gəlir. Görəsən niyə belə olur? (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həyat elə bir yerdir ki, burada çətinliklər həmişə var və olacaqdır da. İnsanlar çətinliklə üzləşən zaman fərqli olurlar. Bəziləri məsələni tez bir zamanda həll edib, aradan qaldırmağa çalışır. Bəziləri oturub qüssə yeyir və əllərindən heç bir şey gəlmir.
Bu dünyanın ümumi qanunu budur ki, insan gərək kamala çatsın. O zaman ki, körpə bu dünyaya gözlərini açar, xüsusi qayğıya ehtiyacı olar. Çünki bədəni zəifdir və ən kiçik mikrobla rastlaşan zaman belə, xəstələnər. Lakin bu uşaq yavaş-yavaş böyüyən zaman güclənər və mikroblar qarşısında güclü olar, immun sistemi güclənər. Ruhumuz da belədir. Zəif olan zaman qidalanmağa və güclənməyə ehtiyac duyur. Ruhun qidası mələkut aləmi ilə əlaqədir.
O zaman ki, ruhumuz zəif olar, öz həqiqi kamalına çata bilməz. Günah və itaətsizlik onun bünövrəsini xarab edər. İnsan şəkkə düçar olar. Çox zaman həyatın qarışıq məsələləri bu cür insanı əldən salar. Ona görə də ruhu zəif olan insan gərək onu qidalandırsın ki, güclənə bilsin. Cism sağlam qidalanmağa ehtiyac duyduğu kimi ruh da gərək sağlam qidalansın. Ruhu gücləndirən amillərdən biri də imandır. Allaha olan ürək etiqadıdır. Həyatı boyunca ona yardım edər. "Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 10-11).
İman - böyük sərmayədir və insanın ruhi qüdrətini ucaltmaqla yanaşı, çətinliklərini də həll edər. Bununla yanaşı, çətinliklərə səbir etmək onun həllini asanlaşdırar. İnsanların çoxu bu nemətə malikdirlər və həyatları ona görə xoşluqla keçir. Həyatlarının sağlam olmasını və ömürlərinin uzun olmasını imana borcludurlar.
Əksinə, bir çoxları da ömürləri boyu əziyyət və əzab içindədirlər. Qorxu və iztirab həyatlarını əhatə etmişdir. Cismi və ruhi sağlamlıqlarını əldən veriblər. Özləri də başa düşmür ki, bütün bunların səbəbi nədir. "Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir". ("Fəth" 4).
İmanın təsiri
"Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar". ("Ənam" 125).
O zaman ki, ruh qüdrətli oldu, çətinliklərə dözüm qüvvəsi artar və onun üçün asan olar. İnsan o qədər güclü olar ki, İlahi feyzi qəbul etmək üçün yeni istedadlar əldə edər.
İman nuru insan ruhuna elə bir genişlik verir ki, hər cür çətinlikləri razılıqla qəbul edər. Əksinə, günah və cəhalətin zülməti ruhu elə daraldar ki, həyatın heç bir çətinliyinə dözə bilməz.
Ona görə də deyə bilərik ki, ruhumuzu hər nə qədər İlahi nur ilə doldursaq, daha geniş və qüdrətli olar. Yox, əgər onu günah və cəhalətlə doldursaq, daralar və heç bir çətinliyə dözə bilmərik. Ona görə də təyyibə həyatın ən mühüm şərti - qəlbi genişləndirməkdir.

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR