Türkiyənin Muğla vilayətində zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 4,4 bal təşkil edib.
Türkiyə Fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib.
Zəlzələnin ocağı 10 kilometr dərinliyində olub.
Milli.Az