“Şəms” surəsində adı çəkilən Günəş, Ay, Gündüz kimdir?

“Şəms” surəsində adı çəkilən Günəş, Ay, Gündüz kimdir?
08:52 29 Noyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Aşura hadisəsindən 1400 ilə yaxın vaxt keçir. Gözümüz İmam Hüseynin (ə) qanının intiqamını alanın intizarındadır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurur: "Haris İmam Hüseynə (ə) deyir: "Ey Peyğəmbər (s) övladı! Məni bu ayənin mənasından xəbərdar et: "And olsun günəşə və onun şüasının vüsətinə". ("Şəms" 1). Həzrət Hüseyn (ə) buyurdu: "Günəş dedikdə, məqsəd - Rəsulallahdır (s)".
"Bəs növbəti ayənin mənası nədir ki, buyurur: "And olsun (günəşin) ardınca çıxmaqda olan aya". İmam Hüseyn (ə) buyurur: "Məqsəd - Əmirəl-möminindir (ə) ki, Peyğəmbərdən (s) sonradır".
"Bəs növbəti ayənin mənası nədir ki, buyurur: "And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə". İmam Hüseyn (ə) buyurur: "Gündüz dedikdə, məqsəd - Ali-Muhəmməd (ə) Qaimidir (ə.f) ki, yer üzünü ədalətlə dolduracaqdır".
İmam Hüseyn (ə) buyurur: "Peyğəmbər (s) mənə belə bir müjdə vermişdi: "Ey Hüseyn! Sən bəşərin seyyidi və 9 seyyid övladın atasısan. Onların doqquzuncusu Məhdi Qaimdir (ə.f) və sən İmam oğlu və İmam atasısan. Sənin belindən 9 İmam olacaqdır ki, onların doqquzuncusu Məhdidir (ə) ki, axəril-zamanda dünyanı ədalətlə dolduracaqdır"".
İmam Hüseynə (ə) belə sual verirlər: "Siz Sahibi-Əmrsiniz?". İmam buyurur: Xeyr, mən Sahibi-Əmr (ə) deyiləm. Bəlkə Sahibi-Əmr (ə) o kəsdir ki, insanlardan kənarlaşar və atasının qanı yerdə qalar. Künyəsi əmisinin künyəsidir. O qılınc götürər və 8 ay tamam qılıncı yerə qoymaz".
İmam Zaman ağa (ə.f) İmam Hüseyni (ə) bu cür təsvir edir: "Sən ey Hüseyn! Peyğəmbər (s) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol olmusan. Allaha itaətdə çalışqan, əhdinə qarşı hafiz olmusan. Fasiqlərin yolunda baş yelləmiş və ah çəkmişdin. Sənin səcdən və rükun uzun idi, dünyanın zahid və təqvalısı idin. Zahid o kəsdir ki, dünyadan əl çəkmişdir və ona dəhşət gözü ilə nəzər salar"

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR