Allah insanı özbaşına buraxıbmı?

Allah insanı özbaşına buraxıbmı?
09:05 29 Noyabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Baqirin (ə) zamanında Həzrətlə (ə) Həsən Bəsri adlı bir alim arasında münazirə baş vermişdi. (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həsən Bəsri İmamın (ə) yanına gəlir və deyir: "Gəlmişəm ki, sizə sual verim". İmam (ə) buyurur: "Məgər sən Bəsrə camaatının fəqihi deyilsən?".
Deyir: "Bu cür deyirlər".
İmam (ə) buyurur: "Öhdənə böyük iş götürmüsən. Eşitmişik ki, deyirsən Allah insanları öz halına buraxmışdır?".
Həsən Bəsri sakit oldu.
İmam (ə) buyurdu: "Əgər Allah kimisə aman vədəsi versə, o, məgər nədənsə qorxa bilərmi?".
Deyir: "Yox".
Buyurur: "Mən bir ayə oxuyacağam ki, sən onu səhv təfsir etmisən".
Soruşdu: "Hansı ayə?".
Buyurdu: "Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) "Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin - amanlıqla get-gəl edin"". ("Səba" 18). Eşitmişik ki, əmin sözünü Məkkə kimi təfsir etmisən. Vay olsun sənə! Bu necə təhlükəsizlikdir ki, insanların malları oğurlanır? Davamlı olaraq kimlərsə öldürülür?".
Sonra İmam (ə) öz mübarək sinəsinə işarə edərək buyurur: "O mübarək kəndlər bizik".
Həsən Bəsri deyir: "Məgər Quranda belə bir ayə vardır ki, insanlara kənd deyilsin?".
İmam (ə) buyurur: "Bəli. "Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərlərinin əmrindən boyun qaçırtdı". ("Təlaq" 8). Məgər boyun qaçırdanlar daş-divardır, yoxsa insanlar?".
Deyir: "Bəli, məqsəd həmin insanlardır".
Buyurur: "Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq". ("Yusif" 82). Burada kənddən sual olunur, yoxsa insanlardan? Kənd, yəni bizim Əhli-beyt (ə) alimləri və seyr dedikdə məqsəd elmdir. Yəni, hər kim bizə tərəf gələr, halal və haramı bizdən öyrənər, artıq şəkk və şübhədən amanda olar. Çünki əhkamı öyrənməli olduğu yerdən öyrənər. Çünki Əhli-beyt (ə) elmin varisləridir və seçilmiş övladlardır. O övladlar bizim övladlarımızdır, nəinki sən və sənin kimisi. Məbada deyəsən ki, Allah insanları öz halına buraxmışdır. Çünki Allah Təala süst və zəif olmaz ki, işini insanların öhdəsinə qoysun. Onları heç bir şeyə məcbur etmir, bu halda onlara zülm olunardı".

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR