ABŞ-da universitetə hücum edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

ABŞ-da universitetə hücum edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
09:05 29 Noyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

08:59

ABŞ polisi Kolambus şəhərində, Ohayo ştatının universitetinin ərazisində öldürülən şəxsin kimliyini müəyyənləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, ABŞ-da leqal yaşayan 18 yaşlı Somali əsilli Əbdul Razak Əli Artandır.
 
Hazırda polis hücumun terror aktı olması ehtimalını araşdırır. İstintaqın aparılmasına Federal Təhqiqat  Bürosu və digər hüquq-mühafizə orqanlarının əməkdaşları qoşulub.
 

28.11.2016
23:20

 
ABŞ-ın Ohayo Universitetinin ərazisində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
 
Şəxsiyyəti müəyyənləşdirilməmiş kişi əvvəl avtomobillə insanlara hücum edib, sonra bıçaqla yoldan keçənləri təqib etməyə başlayıb. Cinayətkar polis tərəfindən güllələnib. Polis insidentin terror aktı olduğunu istisna etmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR