Star TV-nin "Paramparça" serialında gözlənilməz ayrılıq yaşanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ekran işinin dünən yayımlanan seriyasında keçən mövsüm heyətə daxil olan Hümeyra Akbay ssenari əsasında "ölərək" layihədən ayrılıb.
Aktrisanın son səhnələri yayımlanarkən tərəf müqabilləri Erkan Petekkaya və Barış Falay İnstaqramda onunla fotolarını paylaşaraq sağollaşıblar.