Suraxanıda zirvə savaşı - YENİLƏNİR

Suraxanıda zirvə savaşı -  YENİLƏNİR
09:17 29 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, son oyun günündə ilk iki pilləni bölüşən “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcəklər. Çempionluğa əsas namizəd olan kollektivlərin dueli Suraxanıda baş tutacaq.


Hər iki komanda eyni – 28 xala malik olsa da, zirvədə “Qəbələ” qərarlaşıb. Bu isə “qırmızı-qaraılar”ın həm şəxsi oyunda “Qarabağ”ı məğlub etməsi, həm də top fərqinə görə rəqibini üstələməsi ilə bağlıdır.


İlk dövrədə, oktyabrın 2-də Qəbələdə baş tutan dueldə Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv 2 cavabsız qolla qalib gəlib. Hərçənd həmin qarşılaşmada hesab daha da böyük ola bilərdi. Lakin artıq 14-cü dəqiqədə 2 dəqiq zərbə ilə önə keçsən meydan sahibləri matçın davamında ələ düşən şansları dəyərləndirə bilmədilər. Beləliklə, Baqali Dabo ilə Filip Ozobiçin qolları oyunun yekun nəticəsini müəyyənləşdirdi.


Cari çempionata məğlubiyyət üzü görməyən yeganə komanda olan “Qəbələ” 4 görüşdə xal itirib, bunlardan da 3-ü səfər qarşılaşmasıdır. “Qarabağ” isə 3 matçda büdrəyib. Evdə keçirdikləri bütün oyunlardan qalib ayrılan ağdamlılar qonaq meydanında xal itkisi ilə üzləşib. Qurban Qurbanovun komandası “Qəbələ” və “İnter”ə uduzmaqla yanaşı, “Kəpəz”lə də bərabərə qalıb.


Hər iki komanda ötən həftə Avropa Liqasına məğlubiyyətlə üzləşib.  “Qarabağ” Çexiyada “Slovan”a, “Qəbələ” isə Bakıda “Slovan”a uduzub. Bu yenilgilərdən sonra ağdamlılar daha çox qınaqla üzləşiblər ki, bu da azarkeşlərin onlardan daha uğurlu nəticə gözləməsi ilə bağlıdır. Bu mənada, vacib duel ərəfəsində “köhlən atlar” üzərində daha çox təzyiq var. Digər tərəfdən, ağdamlılar meydan sahibi olduqları üçün mərkəzi oyundan 3 xalla ayrılmağa məcburdurlar. “Qəbələ”yə isə indiki halda heç-heçə də yetərlidir.



Topaz Premyer Liqası

XIII tur

29 noyabr



19:00 “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı, Suraxanı qəsəbəsi. “Azersun Arena” 

I dövrə: 0:2



Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

12

8

4

0

27:4

28

2

Qarabağ

12

9

1

2

24:5

28

3

İnter

13

6

6

1

21:12

24

4

Kəpəz

13

3

6

4

9:11

15

5

Zirə

13

4

3

6

11:14

15

6

Sumqayıt

13

3

5

5

12:18

14

7

Neftçi

13

3

0

10

9:29

9

8

AZAL

13

0

5

8

5:25

5

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-suraxanda-zirv-sava-t54534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR