Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qarabağ" və "Qəbələ" üz-üzə

"Qarabağ" və "Qəbələ" üz-üzə

Millimizin heyəti AÇIQLANDI: Almeyda da ÇAĞIRILDI (03 Mart 2017 13:48)
Millimizin "Qətər"lə oyun üçün heyəti açıqlandı - Siyahıda Almeyda da var (03 Mart 2017 13:32)
Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb (03 Mart 2017 13:12)

Tarix: 29 Noyabr 2016 09:27

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, turun son oyununda turnir cədvəlinin ilk pillələrini bölüşən "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaqlar.
Oyun "Azərsun Arena"da keçiriləcək. Matçda qalib gələn komanda turnir cədvəlinin lideri olacaq. Qarşılaşma bərabərliklə başa çatarsa, komandaların mövqeyi dəyişməyəcək. Hər iki komandanın aktivində 28 xal var.
Komandalar bu günə qədər 33 oyunda qüvvəsini sınayıb. Bu qarşılaşmaların 150-si "Qarabağ"ın, 8-i isə "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Qalan 10 oyunda isə bərabərlik qeydə alınıb. Son 6 oyunun hər birində qapılara ən azı 2 qol vurulub. "Qəbələ" son 6 matçda yalnız 1 qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XIII tur

29 noyabr

19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Azersun Arena"

Qeyd edək ki, turun ilk oyun günündə "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. AZAL - "Sumqayıt" və "Zirə" - "İnter" oyununda isə komandalar hərəyə bir qol vurub.

Milli.Az


Teqlər:  Qarabağ Qəbələ üz-üzə



RƏYLƏR


Top xəbərlər