Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tayland parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib

Tayland parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib

Date: 29 November 2016 09:52

Bakı. 29 noyabr. REPORT.AZ/ Tayland parlamenti vəliəhd Maha Vatçiralonqkon Mahidolu kral taxtına çıxmağa rəsmən dəvət edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, parlamentin iclası "Thai PBS" dövlət telekanalı vasitəsilə canlı yayımlanıb.
Parlamentin sədri vəliəhdin dəvət edilməsinin qaydasını söylədikdən sonra bütün deputatlara ayağa qalxaraq taxtın yeni sahibini alqışlamağı təklif edib. Deputatlar ayağa qalxaraq bir ağızdan "Yaşasın kral!" deyə qışqırıb.
Xatırladaq ki, Tailandın kralı Phumipon Adulyadet oktyabr ayının 13-də 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 9 iyun 1946-cı ildən taxtın sahibi olub və bu uzunmüddətli idarəçilik baxımından dünya rekordçusu kimi tarixə düşüb.


Tags:  Tayland parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib

RƏYLƏR


Top news