Dulusçu: “Satışdakı dulusçuluq məhsulları keramika deyil, hamısı plastikdən düzəldilib”

Dulusçu: “Satışdakı dulusçuluq məhsulları keramika deyil, hamısı plastikdən düzəldilib”
09:57 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Tələbələrimizdən bəziləri şirniyyat dükanlarında tortların üstünə bəzək vururlar”
“Keramikada axırıncı sözü soba deyir”
Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin “Bədii keramika, şüşə və metal” kafedrasının müdiri, keramika rəssamı, dulusçu Saleh Məmmədovun “Report”a müsahibəsi
- Dulusçuluq sənəti ilə nə vaxtdan məşğul olursunuz?
- Mənim atam da rəssam idi, yəni rəssam ailəsində dünyaya gəlmişəm. Mən uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Gəncə Pedaqoji Məktəbində “Rəsm və rəsmxəttin tədrisi” ixtisası üzrə təhsil almışam. 1985-ci ildə şüşə-keramika ixtisası üzrə V.Muxin adına Leninqrad Ali Bədii-Sənaye Məktəbini bitirmişəm. Təhsilimi bitirdikdən sonra Gəncə çini qablar zavodunda aparıcı rəssam, baş rəssam müavini, bədii laboratoriyanın rəhbəri kimi çalışmışam. 2000-ci illərdə Bakı saxsı qablar zavodunda işləmişəm, 2002-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fəaliyyət göstərirəm. Ümumilikdə 31 ildir yalnız keramika ilə məşğulam.
- Dulusçu, yoxsa keramika rəssamı… Bu ifadənin hansı doğrudur?
- Dulusçuluq keramikanın bir növüdür və işləmə üsuludur. Xalq arasında ən çox dulusçular işləyir. Ona görə də keramika rəssamlarının adı dulusçu kimi daha çox ümumiləşib. Adi kərpic, kafellər, məscidlərin, tarixi abidələrin divarlarındakı xüsusi naxışlar, xalçalar formasında işlənən çarşıların hamısı keramikanın bir növüdür. Evdə istifadə etdiyimiz boşqab, fincan, nəlbəki də keramikadır. Hazırlanan bütün əl işləri ümumi keramika məhsulu adlanır, ancaq işlənmə üsulundan asılı olaraq dulusçuluq məhsulu adlana bilər.
Keramikanın iki növü var: texniki və bədii keramika. Azərbaycan Rəssamlıq Akademiyası bədii keramika ilə məşğul olur. Burada bədii keramika üzrə ixtisaslaşmış rəssamlar hazırlanır.
Keramika sənətində bişmiş gildən söhbət gedir. Yəni müəyyən formaya salınmış gil bişib, daş halına düşür. Bişmiş keramika məhsulu minilliklərlə, on minilliklərlə qalsa da məhv olmur. Ona görə də arxeoloji qazıntılar zamanı ən çox keramika qırıqları aşkarlanır, çünki keramika korroziyaya uğramır. Qızıldan başqa, digər metalların hamısı korroziyaya uğrayır.
- Dulusçuluq məhsullarının bir-birindən fərqlənməsinə səbəb nədir?
- Gil ən asan tapılan xammaldır, demək olar hər yerdə var. Yer kürəsinin harasında insan yaşayıbsa, orada keramika məhsulları hazırlanıb və hazırlanır. Dulusçuluq məhsullarının fərqli görünməsi gilin rəngindən, onun işlənməsindən, hazırlanma və bişmə üsulundan asılıdır. 
Hazırlanan əl işinin bişməsi zamanı sobanın nə ilə yanması da məhsulun görünüşündə fərq yaradır. Soba qaz, torf, odun ilə işlədilə bilər, hətta odunun da hansı ağacın növündən olması dulus məhsulunun bir-birindən fərqlənməsinə təsir edir. Əgər sobanı palıd və şam ağacı ilə yandırsaq, təbii ki, məhsulun rəngi fərqli olacaq. Çünki palıd və şam ağacında qətran çoxdur. 
- Keramika rəssamı olmaq istəyən çoxdurmu? 
- Keramikaya insan övladının həmişə marağı olub. Bir parça gil sənin əlinin hərəkəti nəticəsində müəyyən bir forma alır və minilliklərlə qalan bir əşyaya çevrilir. Bu, çox maraqlı bir prosesdir.
Artıq insanların sayının artması ilə əlaqədar daha çox keramika məhsuluna ehtiyac var. Bu səbəbdən də böyük zavodlar fəaliyyət göstərir və həmin iri sənaye müəssisələrində külli miqdarda istehsal edilən keramika məhsullarından məişətdə istifadə olunur. Təbii ki, istehsal çox olanda da məhsulun qiyməti ucuşlaşır. Əl işi olan dulusçuluq məhsulunun qiyməti isə zavod istehsalından dəfələrlə baha başa gəldiyindən alıcının marağına səbəb olmur. Alıcı həmişə ucuza qaçır, bu səbəbdən də xalq sənəti olan dulusçuluq Azərbaycanda yavaş-yavaş yoxa çıxır.
Azərbaycan vaxtilə dünyada keramika mərkəzlərindən biri sayılıb. Ölkəmizin bir çox bölgələrində - Beyləqanda, Mingəçevirdə, Gəncə, Bakı, Şəki, Qəbələ, Quba, Lənkəran keramika mərkəzləri olub.
- Hazırda gili haradan gətirirsiniz?
- Bayaq da dediyim kimi, gil ən asan tapılan maddədir, demək olar hər yerdə var. XX əsrdən Azərbaycandakı keramika müəssisələri yavaş-yavaş iflasa uğrayıb. Azərbaycan kapitalizm dövrünə keçəndə Avropa və Rusiya bazarları bura açılandan sonra buradakı çini və saxsı ustaları iflasa uğradı. Sovet vaxtında da Azərbaycanda xalq sənəti kimi keramika mərkəzləri demək olar yoxa çıxmışdı. Amma Azərbaycanda SSRİ-nin ən böyük saxsı və çini qablar zavodları açılmışdı. Həmin zavodlarda çox satılan mallar istehsal olunurdu. Azərbaycan Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən müəssisədə isə az satılan keramika məhsulları istehsal edirdilər.
Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda dulusçuluğa maraq nisbətən artıb. Bu da bəzi iş adamlarının açdığı məkanlarda milli tərtibat yaratmaq üçün etdiyi sifarişlərlə bağlıdır. Qonşu dövlətlərlə müqayisədə Azərbaycan bu sahədə olduqca geridədir, bizdə bu məhsullara tələbat çox azdır. Azərbaycanlı iş adamları restoran açır və həmin məkana ölkənin tarixi məkanlarının, yerlərinin adını qoyur, amma orada milli ruh olmur. Onlar tikdirdikləri məkanda Türkiyə və ya Çinin məhsullarından istifadə edirlər. İş adamları çox vaxt ada qaçırlar, amma mahiyyətə də varmaq lazımdır. Ümumiyyyətlə, adına uyğun olaraq açılan məkanın əşyaları, qab-qacağı da milliliyə istiqamətləndirilsə daha yaxşı olardı. Çünki xarici ölkələrdə belədir.
Azərbaycanda İtaliyadan gətirilən keramika məhsullarından da yaxşıları istehsal oluna bilər. Sizi inandırıram ki, burada istehsal edilən məhsullar İtaliyadan gətirilənlərdən çox yaxşı effekt verər. Bizim tələbələr də belə sifarişləri qəbul edə və öhdəsindən layiqincə gələ bilərlər. Əgər bu cür sifarişlər olsa, tələbələrimiz özlərinə yer açıb işləyə bilərlər. Amma təəssüflər olsun ki, tələbat və istək yoxdur və ya çox azdır.
Bəzən xaricdən gətirilən keramika məhsulunu bərpa etmək üçün mənə müraciətlər olur. Həmin məhsulların əllə qırmağın mümkün olduğunu müşahidə edirəm. Halbuki normalda keramikanı əllə qırıb, zədələmək olmur.
Hazırda gilin necə əldə olunmasına gəlincə, Azərbaycanın hər yerində qırmızı gil var. Ağ gil və farfor isə hazır kütlə şəklində xaricdən, xüsusilə Türkiyədən alınır. Amma bu kütlənin qiyməti olduqca bahadır, məsələn, orada qiymət 3 manatdırsa, Azərbaycana gələndə 6 manat olur. Çünki sərhəddən keçirmək çox çətindir.
Azərbaycanlı keramika ustaları boya, gil dilənir, çünki xaricdən gələn xammal çox bahadır. Ümumilikdə isə xammalın bahalığı səbəbindən keramika məhsullarının da qiyməti yüksək olur. Axı xammalı alıb, əmək qoyub, hazırlayıb, neçəyə satasan ki, əziyyətinin dəyəri qarşılana?!
- Tələbələrinizin akademiyanı bitirdikdən sonrakı fəaliyyəti haqda da məlumat verərdiniz...
- Keramika ilə məşğul olmasalar da, onların hər biri rəssamdır, yəni bu sənətlə bağlı istənilən işi bacara bilərlər. Tələbələrimizdən bəziləri şirniyyat dükanlarında tortların üstünə bəzək vururlar. Bu da sənətdir. Hazırda Azərbaycanda şirniyyat mağazalarında üzəri əsl rəsm əsəri kimi işlənmiş tortlar tapmaq olur, onu düzəldənlərin bəlkə də hamısı Rəsssamlıq Akademiyasının tələbələridir. Çünki keramikaya olmasa da, torta tələbat var. Ona görə də fantaziyalarını orada tətbiq edirlər. Amma fərq burasındadır ki, keramika minilliklərlə qalır, amma tortun üzərində çəkilən əziyyət çox keçmədən yox olur.
- Dövlət bu sənətin inkişafı üçün nə etməlidir, keramika ustalarına necə dəstək verə bilər?
- Dövlətin mənə hansısa bir kömək etməsini istəmirəm. Dövlət mənə nə boya, nə keramika, nə gil verməyəcək. Dövlət mənə siyasətində yardım eləsin. Xaricdən gili, boyanı gətirməyə problem yaratmasınlar. Axı mən gili silah yox, xalqın maddi nemətini düzəltmək üçün gətirirəm. Ona görə də sərhəddə bu qədər problemlər yaranmamalıdr. Çünki düzəltdiklərim təkcə mənim deyil, Azərbaycanın adıdır. Keramika məhsulu Azərbaycanı bütün dünyada tanıda bilər. Ümumiyyətlə, hər bir dulusçuluq məhsulunun altında onu düzəldən ustanın adı qeyd edilir. Simfoniya Fikrət Əmirovun deyil, xalqın olduğu kimi elə də dulusçuluq məhsulu da xalqındır.
- Keramikadan başqa hansı materiallar üzərində işləyirsiniz?
- Şüşə və metaldan da məhsullar düzəldilir. Metalla işləmək bir az daha asandır. Çünki metaldan məhsul hazırlamaq üçün zəruri olan xammalı bazardan almaq mümkündür. Amma keramikaya aid olan şirə, boya Azərbaycanın heç yerində satılmır. Bədii şüşə düzəltmək üçün xüsusi material lazımdır, o da Azərbaycanda yoxdur. Pəncərə şüşəsindən bədii heç nə düzəltmək olmaz.
- Keramika məhsulunun saxta olduğunu necə müəyyənləşdirmək olar?
- İndi satışda olan dulusçuluq məhsullarının heç biri keramika deyil. Satışda olan məhsullar plastikdən düzəldilib, adını keramika qoyublar. Həmin məhsulların üzərində yağlı boya ilə işləyirlər, amma bişirmirlər, üstünə lak çəkirlər. Həmin qabları yandırsaq, üzərində olanlar əriyəcək. Amma bizim hazırladığımız əsl keramika məhsulları heç vaxt yanmayacaq, od həmin məhsullara təsir də etməyəcək. Çünki dəfələrlə sobada, 1000 dərəcəyədək istidə bişib. Həmçinin bazarda satılan məhsulları bıçaqla da qaşımaq olar. Əsl keramika məhsulunu isə qaşımaq olmur. Çünki əsl keramika məhsulları artıq şüşələşib, amma saxta qabların üstünü qaşıyanda üzərindəki işləmələr gedir. 
Paytaxtda keramika adı ilə satılan məhsulların çoxunun üzərinə “Bakı” möhürü vurulsa da, onlar burada istehsal olunmur. Həmin məhsullar Çində və ya digər ölkələrdə plastikdən düzəldilir.
- Dulusçuluq məhsulunu hazırlamağa ən az və ya ən çox neçə gün vaxt lazımdır?
- Vaxtın nə qədər olmağı görüləcək işdən asılıdır. Keramika məhsulunu tez düzəltmək mümkün deyil. Onun dəyərindən yüz dəfə çox pul təklif edilsə də, keramika məhsulunu bir günə hazırlamaq olmaz. Hətta yüz nəfər köməkçin olsa da, bir günə keramika məhsulunu hazırlamaq mümkün deyil. Çünki məhsulun hazırlanma, quruma, bişmə, soyuma vaxtı var.
- Bəs əhval-ruhiyyəniz gördüyünüz işə təsir edirmi?
- Təbii. Əhvalın pis olanda ilk növbədə rəng seçiminə təsir edir. Məsələn kefin pis olanda daha çox qara rəngdən istifadə edəcəksən. Rəssamlıq elə bir işdir ki, bütün ruhun burda olmalıdır. Rəssam işləyə-işləyə işi ilə söhbət edir, öz dilində ünsiyyət qurur. Özünü məcbur edib güclə işləmək mümkün deyil. Elə olub ki, 10 saat oturub davamlı işləmişəm, amma yorulmamışam. Əhval-ruhiyyəsiz heç bir sənət adamı iş görə bilməz. İnsan faciəli, kədərli vəziyyətində toy-bayram əhval-ruhiyyəsi yarada bilməz. İnsan bioloji varlıqdır, bu sənət isə bioloji varlıqda gələn enerjidən yaranır.
- Hazırladığınız məhsulun istədiyiniz kimi alınmaması heç olubmu?
- Düzü, buna alınmamaq demək olmaz. Bəzən məhsulu hazırlayıb başa gətirirsən, ancaq sobada bişirilmə prosesində çatlayır. Halbuki onun üstündə üç gün, bəlkə də bir həftə işlənilib. Keramikada son sözü soba deyir.
- Özəl sifarişləriniz olurmu?
- Çox az olur. Ona görə də bu sənətdən gələn maddi vəsaitlə ailəni dolandırmaq mümkün deyil.











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gözlər Moskvaya: Qarabağın taleyi HƏLL OLUNUR

28 Aprel 2017 08:38

İslamiada: VI yarış günündə 12 idman növü üzrə yarışlar keçiriləcək

28 Aprel 2017 08:32

Dərsə gedən 3 məktəbli uşaq qəza düşdü - ZABRATDA

28 Aprel 2017 08:28

Almaniyada çadraya qarşı yeni QANUN LAYİHƏSİ

28 Aprel 2017 08:18

Bakıda gənc oğlan söyüş üstündə bıçaqlandı - FOTO

28 Aprel 2017 08:08

CANLI YAYIM zamanı aparıcını ildırım vurdu - VİDEO

28 Aprel 2017 08:08

Tramp: "Ümid edirəm ki, Kim Çen In ağıllıdır"

28 Aprel 2017 08:04

Valeri Leontyev Ukraynanın "qara siyahısı"na düşüb

28 Aprel 2017 07:57

Şəhriyar Məmmədyarov: "19-cu gedişdən sonra Kramnikin əhvalı korlandı"

28 Aprel 2017 07:47

Qadınları özündən çıxaran 8 KİŞİ XARAKTERİ

28 Aprel 2017 07:38

Peskov: “Türkiyə “S-400” ala bilər”

28 Aprel 2017 07:34

Ronaldo təcavüzü gizlətmək üçün rüşvət verdi

28 Aprel 2017 07:19

Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparılacaq

28 Aprel 2017 07:17

"Sevilya"nın baş məşqçisi Argentina millisinə rəhbərlik edəcək

28 Aprel 2017 07:07

Google uçan maşın ixtira etdi - VİDEO

28 Aprel 2017 07:03

Tramp separatçı rejimin rəhbəri ilə danışmaqdan imtina etdi

28 Aprel 2017 06:39

Tillerson: "İran ABŞ üçün ciddi təhlükədir"

28 Aprel 2017 06:28

Məşhur model Türkiyə vətəndaşı oldu

28 Aprel 2017 06:14

Bundestaq çadraya qismən qadağanı dəstəklədi

28 Aprel 2017 06:04

Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib

28 Aprel 2017 06:02

Bakıda dərsə gedən 3 məktəbli qəzaya düşərək xəsarət alıb

28 Aprel 2017 05:47

Yeni buz planet kəşf olundu

28 Aprel 2017 05:33

Şimali Koreya Ağ evin şərti olaraq məhv edilməsi ilə bağlı video yayıb

28 Aprel 2017 05:07

Londonda antiterror əməliyatı: 4 nəfər tutuldu

28 Aprel 2017 05:04

Bakıda gənc oğlan söyüş üstündə bıçaqlanıb

28 Aprel 2017 04:52

Polis Günayın keçmiş ərini saxladı

28 Aprel 2017 04:49

ABŞ üçün əsas təhlükəli ölkә açıqlandı

28 Aprel 2017 04:39

Rusiya bu ölkəyə 200 helikopter satacaq

28 Aprel 2017 04:14

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıb" -

28 Aprel 2017 03:41

Yaponiya siyasətçiləri Kurilə səfər edəcəklər

28 Aprel 2017 03:34

Mançester derbisində qol səsi çıxmadı

28 Aprel 2017 03:23

Səhv şəkil paylaşdı, cəzalanacaq

28 Aprel 2017 03:19

Şimali Karolinada vertolyot evin üzərinə düşüb, yaralananlar var

28 Aprel 2017 03:12

Reks Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

28 Aprel 2017 03:02

Lavrov-Tillerson görüşü baş tuta bilər

28 Aprel 2017 02:49

Suriya ordusu Palmira yaxınlığındakı iri qaz yatağını azad edib

28 Aprel 2017 02:42

ŞOK QƏRAR: Antalyada alkoqollu içkilər qadağan edilir

28 Aprel 2017 02:39

Mançester derbisində qalib müəyyənləşmədi

28 Aprel 2017 02:31

Narkomafiya lideri tutuldu

28 Aprel 2017 02:19

"Mançester Siti" və "Mançester Yunayted" İngiltərə çempionatında heç-heçə edib

28 Aprel 2017 02:17

Ağacda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

28 Aprel 2017 02:04

Uşaqda fərasətə bax:

28 Aprel 2017 01:55

Fransada 300-dən çox şagird zəhərləndi

28 Aprel 2017 01:49

Rusiyanın problemi var: rus dili müəllimləri çatışmır

28 Aprel 2017 01:43

Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

28 Aprel 2017 01:27

Shamkir Chess 2017:

28 Aprel 2017 01:27

Makedoniya parlamentinə basqın: müxalifət lideri döyüldü

28 Aprel 2017 01:09

Meksika polisi "xaç atası"nı həbs etdi

28 Aprel 2017 01:08

Berlində həyəcanlı dəqiqələr:

28 Aprel 2017 00:58

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53