Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni silahlı bölmələri qumbaraatanlarla kəndlərimizi vurdu

Erməni silahlı bölmələri qumbaraatanlarla kəndlərimizi vurdu

Date: 29 November 2016 10:05

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az


Tags:  Erməni silahlı bölmələri qumbaraatanlarla kəndlərimizi vurdu

RƏYLƏR


Top news