İtaliyada miqrant axını rekord səviyyəyə çatıb

İtaliyada miqrant axını rekord səviyyəyə çatıb
10:12 29 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Şimali Afrikadan İtaliyaya gedən miqrantların sayı rekord səviyyəyə yüksəlib. Bu il gedən miqrantların sayı artıq 171 min nəfəri keçib ki, bu da ölkəyə 170,1 min miqrantın köç etdiyi 2014-cü ilin rekordunun qırılması deməkdir.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə İtaliya Daxili İşlər Nazirliyindən bildiriblər.
BMT-nin məlumatına görə, təqribən 4690 miqrant Aralıq dənizinə keçməyə çalışarkən ölüb və ya itkin düşüb.
İtaliyada sığınacaq verilmə ilə bağlı yaradılan sistem də artıq miqrantların axını qarşısında çətinliklə tab gətirir. Hazırda bütün ölkə üzrə 176 mindən çox insan xüsusi yaşayış mərkəzlərində qərarlaşıb.
Onların əksəriyyəti İtaliyaya Afrika ölkələrindən gəlib: təxminən 36 min nəfər Nigeriyadan, 20 min nəfər Eritreyadan, 12 min nəfər isə Qvineyadan.
Miqrantların bir çoxu daha da şimala getmək istəyir. Ən populyar istiqamətlər arasında isə Almaniya və İsveç var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-taliya-miqrant-axini-rekord-seviyyeye-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR