Rusiyaya məxsus 20 ada yoxa çıxdı – ŞOK FAKTLAR FOTO

Rusiyaya məxsus 20 ada yoxa çıxdı – ŞOK FAKTLAR FOTO
10:13 29 Noyabr 2016
157 Dünya
Ölkə mətbuatı
A- A+

Şimal Buzlu okeanda Rusiyaya məxsus bir neçə ada, o cümlədən Semyonovskiy və Vasilevskiy adaları yoxa çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sözügedən adaların su altında qalmasıdır.

Rusiyanın Tomsk Politexnik Universitetinin Arktik Karbon Araşdırmaları Beynəlxalq Laboratoriyasının rəhbəri İqor Semitov bildirib ki, sözügedən adaların yoxa çıxması qlobal iqlim dəyişikliyi və istiləşmə ilə əlaqədardır:

“İqlim dəyişikliyi qlobal istiliyin artmasına səbəb olur. Hazırda dünyada soyuqlaşma dövrünün baş verməsi gözlənilirdi. Ancaq gözlədiyimiz baş vermədi. Əksinə, qlobal istiləşmə müşahidə olunur. Bunun nəticəsində də Şimal Buzlu okeanında mövcud olan bir çox adalar əriyən buzlaq sularının altında qalır. Bu proses Şimal ölkələri, o cümlədən Rusiya üçün təhlükəlidir”.

İqor Semitov qeyd edib ki, son dövrdə qlobal istiləşmə nəticəsində Rusiyaya məxsus 20 ada su altında qalıb.

Vasif Həsənli





Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR